YAP-çı deputatdan rəis qardaşının həbs xəbərinə - Reaksiya

img

01-07-2017 [12:22]


Millət vəkili Məlahət İbrahimqızı (Həsənova) qardaşı Mehmandar Həsənovun Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılması barədə yayılan məlumata münasibət bildirib.
 
M. İbrahimqızı APA-ya açıqlamasında bildirib ki, yayılan məlumat həqiqəti əks etdirmir: "Mənim qardaşım həbs edilməyib. Hazırda iş başındadır. Azərbaycanda mətbuat azaddır, lakin jurnalistlər xəbər yazanda dəqiqləşdirsələr, yaxşı olar. Bir daha qeyd edirəm ki, yayılan məlumatın heç bir əsası yoxdur".
 
Qeyd edək ki, "Musavat.com" xəbər saytı M. Həsənovun DTX əməkdaşları tərəfindən həbs edildiyi barədə məlumat yayıb. M. Həsənov "Sadaxlı" Gömrük Postunun rəisidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA