Avropa Məhkəməsi Azərbaycanı daha 3 iş üzrə cərimələdi - Aralarında mərhum Nərgiz Yaqublu da var

img

29-06-2017 [14:30]


Avropa Məhkəməsi bu gün Azərbaycana qarşı 3 iş üzrə qərarını açıqlayıb. 

Mia.az xəbər verir ki, bu barədə tanınmış vəkil Əsabəli Mustafayev məlumat verib.

Onun sözlərinə görə, Avropa Məhkəməsi bu gün Ramin Hacılı, Nərgiz Yaqublu və Aqil Əliyevin şikayətləri üzrə qərarını elan edib:

"Qərarla onlara münasibətdə Konvensiyanın 6.1. (ədalətli araşdırma hüququ) və 11-ci (sərbəst toplaşma azadlığı) maddələrinin pozuntusunu tanıyıb. 

Kompensasiyaların məbləqi:

1. Nərgiz Yaqublu - mənəvi ziyana görə 6000 avro+ maddi ziyana görə 473 avro

2.Ramin Hacılı - 6000+400

3.Aqil Əliyev - 6000+588

Hüquqi xidmətə görə isə cəmi 3000 avro cərimlə kəsilib.

Qalibləri təbrik edir, Nərgiz balamıza rəhmət diləyirəm".

Vəkil billdirib ki, hər 3 işdə vəkil hörmətli İntiqam Əliyev olub.

Xatırladaq ki, Nərgiz Yaqublu Müsavat başqanın müavini Tofiq Yaqublunun qızıdır. O, 2 il əvvəl vəfat edib.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA