AŞPA-da müstəqil qrup yaradıldı - Korrupsiya hallarını araşdırmaq üçün

img

27-06-2017 [22:43]


Avropa Şurası Parlament Assambleyasında (AŞPA) korrupsiya hallarını araşdırmaq məqsədilə müstəqil araşdırma qrupunun yaradılması haqqında AŞPA bürosunun qərarı parlamentarilər tərəfindən ratifikasiya edilib.

"Report" xəbər verir ki, bu qərar Niderland nümayəndə heyətinin üzvü Tini Koksun "AŞPA bürosu və daimi Kommissiyaların fəaliyyəti" üzrə hesabatını müşayiət edən müzakirələrin gedişi zamanı qəbul edilib.

Assambleyada korrupsiya hallarını araşdıracaq qrupun tərkibinə Böyük Britaniyadan Nikola Bratza, Fransadan Jan Lui Brugyer və İsveçdən Elizabet Fura daxildir.

Qrupun bu gündən etibarən fəaliyyətə başlanması nəzərdə tutulur.

Digər xəbərlər
SON XƏBƏRLƏR
09:16 21.01.2026

Ağsuda zəlzələ olub

23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA