21-06-2017 [15:36]
– Parlamentdə təmsil olunan müxalifət partiyası yoxdur. Sadəcə adını müxalifət qoymuş partiya nümayəndələri var ki, onlar da ora təyin ediliblər. Parlamentdə oturan bu partiyaların arxasında heç 2-3 nəfər adam yoxdur. Onlar kiminsə tanışlığı ilə parlamentə düşüblər və adlarını deputat qoyub bizneslə məşğuldurlar. Onlar heç korrupsioner nazirlərdən də geri qalmırlar. Onların evləri Səlim Müslümovun 5 mərtəbəli villasından əskik deyil. Bunları açıq demək lazımdır. Özünü "ana”, "dədə” adlandıran müxalifət partiyaları xarici dövlətlərin sponsorluğu ilə hərəkət edirlər.
– Vaxtilə mən dediyim fikirləri bu gün Milli Məclisin üzvləri, YAP-ın aparıcı simaları təkrar edirlərsə, buna sevinirəm. Eybi yox, qoy Hafiz Hacıyevdən istifadə eləsinlər. Çünki Hafiz Hacıyev kifayət qədər məlumatlı və kifayət qədər geniş şəbəkəyə malik bir insandır. Mən millətin, dövlətin inkişafı naminə mövqe ortaya qoyuram. Amma parlamentdə oturan deputatların çoxunun "quyruğu” başqasının əlindədir. Eləcə də özünü "dədə”, "ana” adlandıran müxalif partiya sədrlərinin "quyruğu” xarici kəşfiyyatın əlindədir. Onlar desələr ki, oturun otururlar, durun dururlar.
Məsələn, bu gün ölkədə ciddi problemlər var. O zaman niyə özünü "ana” müxalifət adlandıran partiyalar ortaya çıxmırlar. Çıxa bilməzlər. Çünki AXCP-ni Eldar Mahmudov saxlayırdı. Milli Şuranı onlar yaradıb. Bəli, İlham Əliyevə qarşı təzyiq lazım olanda onları küçələrə çıxardırdılar. Bununla da guya prezidentə nümayiş etdirirdilər ki, biz gücə malikik, istədiyimizi edərik. Yaxud, 1-ci devolvasiyadan sonra rayonlarda kütləvi mitinqlər başladı, kim elədi bunu? Bunu həmin o partiyaların hakimiyyətdə olan təmsilçilərinin göstərişləri ilə eləmişdilər. Sonradan meydana çıxdı ki, Füzulidə şəhər icra nümayəndəsinin başçısı mitinqə başçılıq edir. Mənim vaxtilə dediklərimi YAP-da, parlamentdə, hökumətdə təmsil olunan ən yüksək ranqlı məmurlar indi danışırlar. Məsələn, mən çox sevinirəm ki, Siyavuş Novruzov heç olmasa məndən 1 il sonra da olsa dedi ki, Azərbaycan hökumətində erməni əsilli insanlar təmsil olunur və bu, Azərbaycan dövlətçiliyinə zərbədir. Yaxşı, mən bunu deyəndə niyə mənə qarşı bu qədər təzyiqlər olurdu? Mən həmişə deyirəm, nə qədər ki, Azərbaycanda hökumət daxilində separatçı qüvvələr var, nə Dağlıq Qarabağ məsələsi həll olunacaq, nə Azərbaycanda daxili sabitlik olacaq.
Hökumətin daxilində olan bəzi qüvvələrin parlamentdə deputat fraksiyası var, onların vasitəsilə birinci şəxsə təzyiq göstərirlər. Deputatlar var ki, parlamentdə heç nəyə yaramır, amma lazım olanda sahibinin sözünü deyirlər. Bu da çox ciddi məsələdir.
– Bu gün əsl Məhəmməd Əmin Rəsulzadə ideyalarının daşıyıcısı bizik. O, hər yerdə dövlətin hər şeydən üstün olduğunu deyib. Gəlin görək özünü onun davamçısı adlandıran Müsavat Partiyası və onun başında duran Qəmdərov İsa dövlətçiliyi qorudumu? Yox! Elçibəyə xəyanət elədi, Azərbaycanda milli hökuməti devirdi. O vaxt "balıq” naziri idim. Mənə "balıq Hafiz” deyirlər və mən bundan narahat deyiləm, balıq təmizdir, təmiz sularda üzür. Biz Qəmbərov İsa kimi çirkli deyilik. Gördünüz, onun ətafına yığılanlar nə oldu? O bizim hakimiyyətimiz dövründə də ikihakimiyyətlik yatatdı. O vaxt insanlar Elçibəyin ətrafında toplaşmışdı. Elçibəyi də Qəmbərov İsa devirdi.
Bizim o Müsavatdan fərqimiz odur ki, biz Məhəmməd Əmin Rəsulzadə ideyaları ilə dövlətçiliyi qoruyuruq, onların ideyası isə nə olursa-olsun xaricdən pul almaqdır. Hanı Qəmbərov İsa, ölüb gedib. O partiyanı yaradanların hamısını didərgin saldılar. Orda Vurğun Əyyub, Sülhəddin Əkbər kimi beyni işləyən insanlar var idi. Ancaq Qəmbərov İsa son vaxtlar xarici dövlətlərdən kimsə ona nəsə söz verib deyə fəallaşıb.
Biz dövlətin ağrılı yerlərini deyirik. Amma onlar yox. Məsələn, onlar deyə bilərlərmi Səlim Müslümov rüşvətxordur. Deyə bilməzlər, çünki ondan haqq alırlar. Məsələn, Qəmbərov İsanın cəsarəti çatıb deyə bilməz ki, Artur Rəsizadə yaşlaşıb, getməlidir və hökumətdə olanların hamısı keçmiş kommunist ideyasında olanlardır. Amma biz hakimiyyətin pisini də deyirik, yaxşısını da. Biz sevinirik ki, hörmətli prezident gecə-gündüz çalışır. Amma bu sözləri hökumətin başqa üzvlərinə demək olarmı? Yox! Hökumət qocalıb, iflic olub, işləyə bilmir, hamısı korrupsiyaya qurşanb. Onlar gecə-gündüz yığdıqları pulları xaricdə saxladıqları arvadlara necə ötürmələrini, xaricdəki villalarını necə qorumalarını düşünürlər.
– Ölkənin ictimai-siyasi-iqtisadi durumunun gərginliyi heç bir araşdırma tələb etmədən də MTN-də baş verən məşhur dəyişim və ona olan münasibətlər fonunda özünü biruzə verdi. Yuxarı kürsülərdə yaranan bu korroziyada hansı daxili və kənar təsirlərin rolu var? Sizcə bundan sonra nələr gözlənir?
– Azərbaycanın şah damarı olan MTN-də baş verənlər biabırçılıq idi. Burda tək Eldar Mahmudov deyildi. Tutaq ki, Eldar Mahmudov prezident olacaqdısa, o zaman bunun baş naziri, baş prokuroru, daxili işlər naziri kim olacaqdı? Bu fakt ortaya çıxmalıdır. Əslində ortadadır, amma nəyə görəsə, əslində bilirəm niyəsini, o adamlar içəri qoyulmur. Bu gün yuxarı siyasi eşalon sanki zəlzələdən titrəyir. Bu da ondan irəli gəlir ki, hakimiyyətdə olan rüşvətxor, korrupsioner təbəqə – hökumətin qocaları getmək istəmirlər.Bunlar dirəniş göstərdikcə gərginlik artır. Hökumətin daxilində olan o qruplaşmalar postu əldən vermək istəmir. Onun üçün də hərəsi bir klan yaradıb dövlət çevrilişinə getməyə hazırdır. Hərəsində də 10-50 milyard pul var. Bu pulların 1-cə milyonunu ac dediyimiz müxalifətə verib küçələrə çıxarsalar Azərbaycanda böyük qarışıqlıq olacaq. Qorxu, həyəcan budur. Hakimiyyətin öz daxilində bu gün çox böyük müxalifət qüvvəsi var. Bu qüvvələr Azərbaycanın müxalif qüvvələri və xarici kəşfiyyatın əlində olan qüvvələrlə ciddi iş birliyindədir. Bunlar Azərbaycanda yaxın aylarda çox böyük qarışıqlıq yaratmaq istəyirlər. Qismən də buna nail olurlar. Məsələn, hərbdəki vəziyyət, polis orqanlarında olan vəziyyət və sair. Bunların hamısı bir neçə mənbədən idarə olunur. Mən indi də deyirəm ki, nə qədər ki, Ziya Məmmədov çöldədir, o təhlükədir. Çünki əldə böyük kapital var və kapital olan yerdə inqilab çox asanlıqla baş verir. O tək deyil. Ziya Məmmədovdan qidalanan, "o ağacın kölgəsində” çox adam var. Ziya Məmmədovun Milli Şuranı maliyyələşdirməsi də cərəyanın bir qoludur. Siz təsəvvür edin, Milli Şura deyir ki, biz hakimiyyətə gələndə Ziya Məmmədov Azərbaycnda 1-ci vitse-prezident olacaq. Məsələn, Səlim Müslümov 1700 manata işləyir. Sual olunur: sən bu pulla 5 mərtəbəli villanı necə tikdirirsən. Səlim Müslümov onu o yerə təyin edən adamlara nankor baxır, şişibdir. Artıq deyir ki, niyə mən prezident olmayım, vitse-prezident olmayım. Əgər hökumətdə oturanlar, Milli Məclisdə işarə ilə oturub-duranlar bilmirlərsə mən deyirəm, bu bir cərəyandır. Bu dəqiqə cərəyanın bir hissəsinin Kərimov Əli, Cəmil Həsənli ilə sıx əlaqələri var. Yaxud, bir neç il öncə Rüstəm İbrahimbəyovu xaricdə yaşayan qardaşı Maqsud İbrahimbəyov necə maliyyələşdirirmiş. Məsələn, Milli Şurada adamlar tanıyıram ki, Gürcüstan banklarında adına 200-300 min yevro var. O pulla Azərbaycanı oynadırlar. Mən deyəndə ki, Gürcüstandan Azərbaycana gələn Bəyoğlu avtobusunun təkərinə 1 milyon doldurub Azərbaycana göndərirlər, niyə bunu tutmurdular? Deməli, hökumətdə bunlarla əlaqəli olan insanlar var. İndi YAP tərəfindən seçilən deputat, siyasi elmlər doktoru Elman Nəsirli durub deyir ki, Əfqan Muxtarlı Gürcüstan və Azərbaycan hüquq mühafizə orqanlarının birgə səyi nəticəsində tutulub. Respublika prokuroru bunu təkzib edib. Elman Nəsirlinin dediyi faktlar Azərbaycana qarşı işlədi. Hakimiyyət daxilində olan müxalif cərəyanın biri də budur, açdım sizə. O cərəyanlardan ikisini dedim, qaldı biri. Hələ onu açmayacam. Qoy hakimiyyətdə olan və milyardlar yığan məmurlar bir az başlarını işlətsinlər. Boş-boş vədlər verib prezidenti aldatmasınlar. Üçüncü cərəyan Azərbaycanın üzərinə böyük dalğa ilə gəlir. Kimlərsə bu dalğadan çəkinib qaçmağa yer axtarır. Mən sonadək İlham Əliyevə arxa-dayaq olacam. Azərbaycanda xarici kəşfiyyata işləyən qruplar var. O qrupların beyinlərini yuyublar. Mən hörmətli qardaşım Prezident İlham Əliyevə mesaj etmişəm ki, təcili olaraq ətrafındakılar çıxarılıb tutulmalıdır.
– Bir sıra siyasilər təhlükənin Rusiyadan gəldiyini bəyan edərək, Azərbaycanda Rusiyanın diqtəsi ilə hərəkət edən qüvvələri zərərsizləşdirməyin lazım olduğunu söyləyirlər. Nəzərə alsaq ki, bizdə Rusiya faktoru yeni bir şey deyil, o zaman yeni həyacanı doğuran məqamlar nə ilə bağlıdır?
– Azərbaycan hakimiyyətində oturub gecələr başları pula, eyş-işarətə qarışmış insanları ayıltmaq istərdim. Yadınıza gəlirsə, bu yaxınlarda Rusiyada Azərbaycanın böyük bir təşkilatı ləğv olundu. Təbii ki, bu təzyiqin bir formasıdır. Yaxud, niyə bu gün Rusiya pasportları Qubada, Qusarda, Xaçmazda, Balakəndə paylanır. Çünki daxilimizdəki cərəyanlar Qərbdə və Rusiyada oturan milyarderlərlə sıx işləyirlər. Bunu edənlər İlham Əliyevin yanında oturanlardır. Rusiya cərəyanı çox güclü işləyir. Hətta Yevda Abramov da dedi ki, Rusiya Azərbaycanda hakimiyyət dəyişikliyi etmək istəyir. Dağlıq Qarabağ məsələsinin həllinə imkan vermir, Azərbaycan ordusunun içinə öz imisarlarını doldurublar. Məxfi işlər gedir. Ordumuzun içində erməni izləri var.
– Bu vəziyyət nə vaxta qədər davam edəcək?
– Nə qədər ki, "qocalar evi” hökumətin daxilində kök salıb, bu vəziyyət belə də davam edəcək. Hələ bugünkü sabitliyə şükür edəcəyik. Payızda Azərbaycanı çox pis zəlzələ gözləyir. Mənim qorxum odur ki, busəfərki prosesdə Azərbaycanın yarısı gedər. Nə edək ki, bizim ağıllı adamlar gecə-gündüz milyardlarını hara yığacaqlarını düşünürlər. Hər dəqiqə bizə təsir edirlər. Azərbaycanın içində qarışıqlıq salmaq onların əlində 10 dəqiqəlikdir. Çünki Azərbaycanda çox kövrək sabitlik var. Allah millətimizi qorusun.
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
ELDAR ƏZİZOV İCRA BAŞÇILARINI TOPLADI: 3 rayonda görülən işlər təqdir olunub, digərləri isə...
Prezident Cəmil Əliyevi təltif etdi - “İstiqlal” ordeni ilə
Rasim Balayev Türkiyədə vəfat edib
"Azərişıq"dan "10 manat yükləyirik, 2-3 manat dərhal silinir" iddialarına cavab verildi - VİDEO
İrana qarşı yeni cəbhə açılır? - Ankara–İslamabad xətti... (TƏHLİL)
Bakıda yağışla bağlı yaranan problem... - 216 nəfər təhlükəsiz əraziyə təxliyə edilib
İran Müdafiə Nazirliyinin rəsmisi həlak olub
İran XİN başçısı Azərbaycana mesaj verdi: "Çətin günlərdə..."
Neçirvan Bərzaninin iqamətgahı dronla vuruldu - Baş nazir hava məkanını qapadılma qərarını uzatdı (FOTO)
Pezeşkian ABŞ-la danışıqları ilk dəfə təsdiqlədi, region ölkələrinə mesaj verdi: "Əgər təhlükəsizlik istəyirsinizsə..."
Kəmaləddin Heydərovun oğulları hansı filmə dəstək verib? - Maraqlı məlumat yayıldı (FOTOLAR)
İran daxilində vəziyyət necədir? - CNN deyir ki...
"Azərişıq"dan Sumqayıtla bağlı açıqlama: "Elektrik enerjisi mərhələli şəkildə bərpa edilir"
Güclü yağışın yaratdığı problemlər... - ADSEA-dakı Operativ Qərargah gücləndirilmiş iş rejiminə keçib + VİDEO
Ağsuda qətl: iki nəfər 43 yaşlı qadının ölümünə görə saxlanılıb
Azərbaycan – Türkiyə Birgə Media Platforması: Birgə İşçi Komissiyası və Komitələr yaradılacaq
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...