"Qarabağdakı vəziyyətdən narahatıq" - Avropa İttifaqının rəsmisi İrəvana gəlir

img

20-06-2017 [22:37]


"Avropa İttifaqı (Aİ) regiondakı mövcud vəziyyətdən narahatdır".

Bunu Aİ-nin Ermənistandakı nümayəndəliyinin rəhbəri Piotr Switalski cəbhədəki son vəziyyətlə bağlı jurnalistlərə açıqlamasında deyib:

"Həmsədrlər kifayət qədər çətin, çoxsaylı döyüş çağırışları səslənən bölgədə yaxşı işlər görürlər. Biz Avropa Birliyi olaraq Minsk Qrupunun həmsədrlərinə dəstəyimizi ifadə edirik".

Switalski bildirib ki, iyulun əvvəlində Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsi Herbert Zalber er Ermənistana səfər edəcək.

"Onun səfəri sübut edir ki, Avropa İttifaqı regionda baş verənlərə böyük əhəmiyyət verir və narahatdır. Bizim əsas rolumuz beynəlxalq səyləri dəstəkləməkdir, lakin biz həmçinin sülh prosesinə, o cümlədən münaqişənin sonrakı bərpa dövründə dəstək göstərməyə hazırıq"- deyə Switalski vurğulayıb.
azvision

Digər xəbərlər
SON XƏBƏRLƏR
09:16 21.01.2026

Ağsuda zəlzələ olub

23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA