19-06-2017 [13:26]
Xeybər Göyyallı
Sözün düzü, onun şəhid olduğunu Mirsədi Mirlərin "Kəhkəşan” adlı şeirlər kitabının əlyazma nüsxəsini ( adıçəkilən şeirlər kitabı yaxın günlərdə ictimaiyyətə təqdim olunacaqdır) oxuyarkən bildim.
İthaf şeiri olsa da, şeirin kimə həsr olunduğu barədə heç bir müəllif qeydi yox idi. Bu da müəllifə məxsus fərdi üslubdur. Doğrusunu deyim ki, bu ithaf şeirini oxuyana qədər Aida adlı Qarabağ şəhidinin adını eşitməmişdim. Aidanın şəhidlik zirvəsinə ucaldığını ilk dəfə ucadan bəyan edən Mirsədi Mirlər olmuşdur. Şeirin ruhu məni tutduğundan müəllifdən onun kimliyi barədə soruşdum. Mirsədi Mirlər söylədi ki, Aida Bakıdakı Şəhidlər Xiyabanında dəfn olunub...
Bu ilin aprel ayında Mirsədi Mirlərlə Şəhidlər Xiyabınına Aidanın məzarının ziyarətinə getdik. Mirsədi bildirdi ki, Aidanın məzarı xiyabanın aşağı hissəsində olmalıdır. Necə oldusa, həmin gün axtardığımız məzarı tapmadıq. Aradan bir müddət keçəndən sonra, may ayında günlərin birində Mirsədi inadkarlıqla söylədi ki, bu gün Aidanın məzarını ziyarət etməliyik.
Bu dəfə Şəhidlər Xiyabanına nəzarət edən rəsmi quruma üz tutduq. Şəhidlər Xiyabanında yerləşən həmin binaya ayaq basar-basmaz ilk qarşılaşdığımız polis əməkdaşı gəlişimizin məqsədini soruşdu. Fikrimizi tamamlamamış Şəhidlər Xiyabanında səliqə-sahman yaradan qadınlardan biri dilləndi: ”Aida... cavan qızdı, qəbri lap aşağıdan birinci sıradadır”.
Aida Bəhram qızı Şahkərimova. Məzarüstü abidəsində olum və ölüm tarixi yazılıb:1976-19.06.1992.
Onun haqqında məzar daşındakı bu qısa qeyddən başqa heç bir məlumat yoxdur. Aidanın harada doğulması, necə və hansı şəraitdə şəhid olması haqqında heç bir məlumat əldə edə bilmədik. Google axtarış saytında da onun haqqında heç bir məlumata rast gəlmədik.
Bu məqamda Mirsədi Mirlərin Aidaya həsr olunmuş şeirinə diqqət kəsilək:
Sən şəhid olanda qara gözlərin ölmədi,
Eşq ilə dolu ürəyin, şirin sözlərin ölmədi,
Aida!
Hər vaxt görüşə gəldim, amma sən olmayanda,
Sən torpağa gömüldün, vətənin olmayanda.
Qarşında dayanmağa cürətim çatmır mənim,
Gözlərinə baxmağa qeyrətim çatmır mənim.
Gözlərinin içində səmanın sonsuzluğu,
Dənizin mənası var.
Aləmlərə bədəlsən, qara dünya sənə dar.
Girdim gözlərinin içindən sənin,
Qarabağı gördüm, Arazı gördüm.
Şəhid qəbirlərin üstündən əsən
ayazı gördüm,
Aida!
Bəlkə də, qəbrindən böyüdü dərdim,
Bəlkə də, ruhundan dərdləri dərdim.
Şəhidlərin əsəri dünyaların fövqündə,
Dünya məkan hökmündə,
Sən zamanın ritmində,
Aida!
Yollar haraya getsə, sənin gözündən keçər,
Gözlərini görənlər varıb özündən keçər.
Bəlkə, elə sən idin Qarabağın maralı,
Sən Vətənə can verdin , Vətən səndən yaralı.
Sənin gözlərindədir məhəbbətim, nifrətim,
Sənin şəhidliyində mənim Tanrı qüdrətim,
Aida!
Dumanlandı xəyallar, dumanlandı arzular,
Bir oyun oynadılar, bizə fitnə qurdular.
Səni də tulladılar fələklərin cənginə,
Ruhun üzərimizdə döndü eşq çələnginə,
Aida!
Dayan dünya, dur zaman, axarını dəyişdir,
Yenidən bizi oyat, Vətən üçün döyüşdür.
Bu qüdsi torpaq üçün ölüm, dirilim, ölüm...
...Bir qar yağdı sonsuza,
Ya Qarabağ, ya ölüm!
Aidanın şəhidliyinə həsr edilmiş bu seir onun haqqında hələlik yeganə sənət əsəridir.Ancaq həqiqi sənət əsəridir. Şəhidlik məqamına ucalmış Aidaya həsr olunmuş bu şeir ədəbi-bədii və sənət baxımından kifayət qədər güclüdür.
Mirsədinin bu şeiri 16 yaşlı Azərbaycan qızının kədərli və hüznlü taleyinə poetik bir xitabdır. Sözün bütün məqamlarında Mirsədinin bu şeiri təsirlidir. Mənə elə gəlir ki, Aida M.Mirlərin bu şeiri ilə yenidən doğuldu. Həm də bu gün-19 iyun onun şəhid olduğu gündür. Kimsə müdrikcəsinə deyib: ”Mən doğulduğum gün öldüm”.
Bu fikrin doğruluğuna şübhə etmədən deyə bilərik ki, canlarını vətən torpağı uğrunda fəda edənlər şəhid olduqları gün yenidən doğulurlar. 16 yaşlı Aidanın əbədiyyəti də ömrünün cismani qürubundan başladı. Necə ki, zaman onu unutmadı. Axı şəhidin zamanı olmur. Şəhidlər sabahdan görünür.
Amma onu hər bir azərbaycanlı tanımalıdır. Aida Bakıda Şəhidlər Xiyabanında uyuyan yeganə 16 yaşlı qızdır.
Bu yazının, bəlkə də, üslubunu dəyişib bir qədər fəqli də yazmaq olardı...
...Aida Vətənin bir qarış torpağında Vətənin bir qucaq gül-çiçəyi kimi bitib...
Mirsədi Mirlərin də bu şeiri Aidanın məzarı üzərinə qoyulmuş heç vaxt solmayan bir gül çələngidir.
Türkiyədə ağır qəza: 8 nəfər ölüb, çoxlu sayda yaralı var - FOTOLAR
Ağdərə və Qubadlıda insan qalıqları tapılıb - Prokurorluq araşdırma aparır (Yenilənib)
Joze Mourinyo Türkiyəyə gəlir - İki illik razılaşma əldə olunub
ABŞ səfiri Füzuli və Şuşada - FOTOLAR (YENİLƏNİB)
Putin beşinci dəfə and içəcək
QMİ Məhərrəmlik ayının başlanacağı tarixi açıqladı
Prezident İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul edib - FOTO (Yenilənib)
Emin Əmrullayev yola saldı: nazir həmkarı özünə müşavir götürdü - Sabiq mətbuat katibi vəzifəyə təyin olunub
Azərbaycanla daha bir ölkə arasında viza tələbi aradan qaldırılıb
Gömrük Komitəsinin sədri özünə daha bir müşavir götürüb
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir - Dəyişiklik
ABŞ-da unikal hadisə: qadın 10 həftə ərzində lotoda iki dəfə 1 milyon dollar qazanıb - "Qənaətlə xərcləyəcəm"
Dövlət xidməti rabitə müəssisələrini "vurdu": “Telefon xidmətlərinə görə əlavə ödənişlər tələb edilir” - Xəbərdarlıq
Anar Məmmədli ev dustaqlığına buraxılmadı - Məhkəmə iclası
Quş qripinə qarşı epizootoloji monitorinqlər keçiriləcək
İki həftə əvvəl "ərim məni döyür" harayı çəkən müğənni ölüm xəbərindən dərhal sonra dəyişdi: "Andımıza sadiq qaldıq, canım yoldaşım"
İsrail əsgərləri Tulkerim qaçqın düşərgəsini mühasirəyə alıb
SABİQ NAZİRİN OĞLUNUN ADI HALLANAN MƏHKƏMƏ PROSESİ: "90 milyon manat ayrılmışdı..." (Yenilənib)
Qəbul imtahanına qeydiyyat başa çatır
Qubad İbadoğluna elektron qolbaq taxılıb
İnəkdən quş qripinə yoluxan var - "Gözləri qıpqırmızı olub"
Neft Fondu əməkdaşları 3 günlük istirahətə 118 min manat xərcləyəcək
Qohumlarını vəzifəyə yığan sabiq nazir indidə belə danışır: "Qabiliyyəti, bacarığı olanı təyin etmək lazımdır, qohumları yox..." - VİDEO
Partiya sədri: "İstəyirlər ki, Rusiya ilə düşmən olaq" - MÜSAHİBƏ
“Ümumi təhsil müəssisələrində təhsil alanların qida təhlükəsizliyi barədə maarifləndirilməsi” adlı layihənin icrasına başlanıb
Keçmiş baş həkimlə şöbə müdiri yenidən hakim qarşısına çıxarılır
BMT rəsmisi: "Bizim əməkdaşları lüt soyundurublar..."
Nazir prezidenti "narkoman" adlandırdı, sərt cavab gecikmədi: "Get, Baş nazirin arvadının korrupsiyası ilə məşğul ol!"
ZİYANLI VƏRDİŞLƏR (IV YAZI)
Heyətə alınmayan Bonuççidən paylaşım - FOTO
Məşhur müğənni qəza törədib - FOTOLAR
Rusiya MN açıqladı: "Daha bir qəsəbəni ələ keçirdik"
İsrailin müdafiə naziri HƏMAS-ı hədələdi: "Artıq Rəfaha girməkdən başqa yol qalmır.."
ABŞ Qəzzaya havadan yardım atıb - 7 bağlama isə dənizə düşüb
Şeron Stoun: ""Kurtlar Vadisi"ndə ingiliscə bilən yox idi..." - Ssenari müəllifindən reaksiya (FOTOLAR)
Tuncay Şanlı istefaya göndərildi
Acun Ilıcanın sahibi olduğu komandanın arzusu "gözündə qaldı"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR