13-06-2017 [17:37]
Milli Məclisin yəhudi əsilli deputatı Yevda Abramov Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında imtahansız universitetə qəbul məsələsi ilə bağlı "Təhsil haqqında” qanununa dəyişiklik layihəsinin məqsədlərini açıqlayıb.
Y.Abramov "Ölkə.az”a açıqlamasında deyib ki, sözügedən qanun layihəsinin əsas məqsədi xaricdə təhsil alan azərbaycanlı gənclərin xərclədikləri vəsaitlərin ölkədə qalmasıdır:
"Hər bir ölkənin rəhbəri ilk növbədə öz xalqının mənafeyini güdür. Biz keçmişdə buraxılan səhvlərə yenidən qayıtmaq istəmirik. Niyə bizim pullarımız xarici ölkələrin sıradan biri olan təhsil müəssisələrinə getməlidir? Dərbənd Universiteti nədir ki, Bakıdan olan gənc gedib bu universitetə pul xərcləsin?
Biz yaxşı bilirik ki, həmin pullar oraya necə xərclənir. Sonra da həmin uşaqlar yenidən bura qayıdır. Dəyiş-düyüş edirlər, nə qədər universitet bağlanır, nə qədər rektor bədbəxt olur. İndi biz də istəyirik ki, həmin pullar ölkədə qalsın. Çünki öz əhalimizin puludur. Biz həmin pullarla daha yüksək təhsil sistemi qura bilərik, müəllim-professor heyəti daha yüksək maaş ala bilər. Digər tərəfdən isə xaricdə təhsil alan gənclərin valideynləri də nigaran qalmazlar. Belə olanda valideyn də nigaran qalıb düşünməz ki, Londonda, Parisdə, Harvardda övladına nə isə olmayıb. Yenə Harvarda getsələr, böyük işdir. Azərbaycanlı gənclər xaricdə elə universitetlərə oxumağa gedirlər ki, adam baxıb xəcalət çəkir. Vallah Ukraynada həmin universitetlərə heç kəs girmir. Məsələnin kökü də bununla bağlıdır”.
Y.Abramov qeyd edib ki, hələ bu gün sözügedən qanun layihəsi Milli Məclisdə müzakirə olunub:
"Bunun qəbul olunub-olunmaması isə cənab Prezidentin ixtiyarında olan məsələdir. Qanunun icra mexanizmini yalnız ölkə başçısı həll edəcək. Milli Məclisdə isə bu qanun layihəsi müzakirə və qəbul oluna bilər. Onun icra mexanizmini isə cənab Prezident həll edir. Ona görə də bu məsələdə icra mexanizminin kimə verilib-verilməməsi məsələsini öncədən heç kəs dəqiq deyə bilməz. Buna görə də heç kəs qəti narahat olmasın. Qanunlar ona görə qəbul edilir ki, Azərbaycan xalqı və övladlarının sosial rifahı daha da yaxşılaşsın, təhsili dünya standartlarına uyğunlaşdırılsın. Necə ki, xarici ölkələrdə təriflədiyimiz qanunlar var. Biz də çalışırıq ki, Azərbaycanda da eynisi olsun. Bizim bütün fəaliyyətimiz məhz buna doğru yönəlib. Amma çox təəssüf ki, bəzi adamlar bunu başa düşmür. Bunun arxasında qara məqamlar axtarırlar. Baxın, qanun hələ qəbul olunmayıb, amma indidən sosial şəbəkələrdə müzakirələr gedir ki, guya ali məktəblərə hazırlıq prosesi icra hakimiyyətlərinə veriləcək və sairə. Hərə əlinə bir qələm alıb kiməsə işləyir. Sosial şəbəkələrdə olanlar kimlərdir? Bilirsiniz, xalq bir məqaləni oxuyan zaman onun fərqinə varmır”.
Xatırladaq ki, Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında "Təhsil haqqında” qanununa dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.
Layihə ali təhsil sistemində bakalavriat səviyyəsində bir illik ödənişli hazırlıq qruplarının yaradılmasını nəzərdə tutur. Məqsəd ölkədə ali məktəblərə qəbul oluna bilməyən gənclərin xaricə axınının qarşısını almaqdır.
Layihəyə əsasən hazırlıq qruplarında tədrisin sonunda keçirilən buraxılış imtahanlarında müvəffəqiyyət qazanan tələbələr ali təhsil müəssisələrinin birinci kursuna qəbul olunacaqlar.
Bəzi deputatlar layihənin anlaşılmaz olduğunu qeyd ediblər.
Milli Məclisin sədri Oqtay Əsədov isə "Təhsil haqqında” qanunu ətrafında yaranan anlaşılmazlığa aydınlıq gətirib. O deyib ki, layihədə imtahansız universitetə qəbul məsələsi qeyd olunmayıb: "Layihədə qeyd olunub ki, hazırlıq qruplarında kurs keçənlər də həmişəki qayda ilə imtahan verəcəklər. Burada anlaşılmayan nə var? Qanun layihəsini diqqətlə oxusanız, bunu görərsiniz. Bizim bəlamız ondadır ki, bir yaxşı iş olan kimi dərhal onun arxasında korrupsiyanın olduğunu düşünürük. Baxın, bəla budur”.
Qeyd edək ki, layihə səsverməyə qoyularaq qəbul edilib.
Səfər Əbiyev jurnalistə hirsləndi: "Ay kişi, nə istəyirsən?"
Bakıda quldurluq və oğurluq edən şəxslər saxlanılıblar - VİDEO
Dünya geridönməz su problemiylə üz-üzə: bir paytaxt susuz qalacaq, digəri isə sürətlə çökür... - BMT həyəcan təbili çaldı, çıxış yolu göstərdi
Departament rəhbəri vəzifədən azad olunub
"Evimdə də çətirim olmayıb və hazırda da yoxdur" - İsa Həbibbəyli
Hərbi xidmətdən möhlət hüququ verilən şəxslərin ölkədən çıxışına qadağa qoyula bilər - Dövlət Xidmətindən elə açıqlama verildi ki...
Azərbaycan Dəmir Yolları stansiyalarının plarformalarında təhlükəli vəziyyət yaranıb
Türkiyə-ABŞ-Suriya üçbucağında PKK-nın taleyi - TƏHLİL
Bölgələrə qar yağır - SİYAHI
İlham Əliyev "Zayed İnsan Qardaşlığı Mükafatı" ilə bağlı nümayəndə heyətini qəbul edib
Azərbaycan nefti 70 dollara dollara satılır
Türkiyədə daha 9 kriminal dəstə üzvüləri həbs olunub - Açıqlama
Azərbaycan Trampın Sülh Şurasına üzvlüklə bağlı dəvətini qəbul edib - Rəsmi Bakı təsdiqlədi
ABŞ PREZİDENTİ ŞƏXSİNƏ SUİ-QƏSD EHTİMALINDAN DANIŞDI: "Belə bir hal olarsa, İranı xəritədən siləcəyik"
ABŞ daha bir neft tankerinə "əl qoydu"
Baş nazirin qatilinə ömürlük həbs cəzası kəsildi
Bakıda daha bir nəfər dəm qazından ölüb
Ağsuda zəlzələ olub
Tramp Türkiyəni Qəzza Sülh Şurasına dəvət edib: "Ərdoğanla çox məhsuldar telefon danışığımız oldu"
XANKƏNDİ ŞƏHƏRİNƏ İLK KÖÇ OLDU
İlham Əliyev Davosda "Azərbaycan rəhbərliyi ilə səhər yeməyi"ndə: "Sizin liderliyinizdən ilham alırıq və..."
Tramp: "YPG-nin sərbəst buraxdığı avropalı İŞİD-lər tutulub"
ABŞ kürd silahlılarına niyə arxa çevirdi? - "Dəməşq İŞİD-ə qarşı mübarizədə daha istəklidir"
Suriya hökuməti və SDQ yenidən anlaşdı - Haseke ilə bağlı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Prezident Qətərin Baş naziri ilə görüşüb - Nələr müzakirə olunub?
Əməkdar jurnalist vəfat edib
Prezident Davosda panel iclasında: "Danmırıq ki, müstəqil ölkə olaraq bu vəziyyətdən zövq alırıq” (Yenilənib)
Hamlet İsaxanlının qızı prorektor təyin edilib
Tahir Kərimli dələduzluqda ittiham olunan qardaşından danışdı
XİDMƏTİ MAŞIN VƏ ƏRİZƏ ALINIB, ANCAQ... - İcra başçısının köməkçisi elə addım atdı ki... (FOTOLAR)
"Fikirləşmirəm ki, “Ayntraxt”ın düşərgəsində hansısa problem var" - Qurban Qurbanov
"Ayntraxt"ın Baş məşqçisi bakıda: "Bütün diqqətimizi "Qarabağ"la oyuna yönəltmişik"
DTX-nin əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər
Prezidentin müsahibəsi: "Beynəlxalq münasibətlər yeni eraya qədəm qoyur" - "Belə nüfuzlu mükafatı almaq mənim üçün böyük şərəfdir" - FOTOLAR
Ərdoğanın oğlu Gəncəyə gəlib - VİDEO
Hava Limanında sərnişinlər niyə sərt şəkildə yoxlanılır? - Ekspert "Gömrük orqanı bunu indi aldığımı necə sübut edəcək?" deyir
20 Yanvar və Qərbin ikiüzlü siyasəti - TƏHLİL
"Məcəllədə yazılıb, 5 ildən bir olmalıdır" - Məzahir Pənahov MSK sədrliyindən gedəcəyi barədə suala belə cavab verdi
20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub