"Belə adamlara layiq olmadığı halda pul getməsin" - Deputat "dopinqli idmançılarımız"a cəza istədi

img

13-06-2017 [13:15]


"Son zamanlar bir neçə idmançılarımızla bağlı bu məsələ gündəmə gəldi ki, 5, 7 il qabaq dopinqdən istifadə ediblər”.

Bunu "Bədən tərbiyəsi və idman haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı deputat Fazil Mustafa deyib.

Deputat bildirib ki, ölkə prezidenti həmin idmançılara bayrağımızı qaldırdıqlarına görə mükafat verilməsini təmin edib.

"Amma illər keçir, həmin idmançıların dopinqə görə medalları, titulları əllərindən alınır. Biz elə bir mexanizm düşünməliyik ki, belə adamlara layiq olmadığı halda pul getməsin. Bu adamlar dopinqdən istifadə edib insanları və idman ictimaiyyətini aldadıblar. Bunu edirlərsə, onların bu pulları xərcləməsinə imkan yaradılmasın.

Ona görə də bu məsələ ilə bağlı müvafiq komitə müəyyən bir mexanizm düşünməlidir. Ən azından bu insanlara verilən vəsaitin verilməsi müəyyən bir müddətə qədər nəzərdə tutula bilər. Çünki dopinqdən istifadənin aşkara çıxarılmasına qədər bu pulun ödənilməsi dayandırılar. Bəzi idmançılarda belə bir hallar aşkar edildi. Bir qisim adamlar var ki, onlara verilən pullar artıq getdi və onları qaytarmaq mümkün deyil”.
modern.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
09:16 21.01.2026

Ağsuda zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA