Gürcüstan Təhlükəsizlik Xidmətindən Əfqan Muxtarlı ilə bağlı bəyanat - Deputatın dedikləri təkzib edildi

img

10-06-2017 [15:52]


Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti jurnalist Əfqan Muxtarlı ilə bağlı bəyanat verib.

Strateq.az bildirir ki, DTX  Əfqan Muxtarlının tutulmasını gürcü-Azərbaycan tərəfinin xüsusi əməliyyatı olduğunu deyən Milli Məclisin YAP-dan olan deputatı Elman Nəsirovun dediklərini təkzib edib: 

"Azərbaycan Milli Məclisinin deputatı Elman Nəsirovun dedikləri həqiqətə uyğun deyil.  Təhlükəsizlik Xidməti qəti şəkildə deputatın bu məlumatını təkzib edir və bəyan edir ki, Əfqan Muxtarlının işi ilə bağlı məsələyə heç bir bağlılığı yoxdur”.

Gürcüstan DTX-sı bildirib ki, jurnalist Əfqan Muxtarlı ilə bağlı gürcü DİN-i cinayət işi açıb və hazırda araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
09:16 21.01.2026

Ağsuda zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA