"Qarabağdan nə vaxt çıxırsınız?" - Nalbandyana rus jurnalistdən SƏRT SUAL

img

08-06-2017 [10:06]


Ermənistanın xarici işlər naziri Eduard Nalbandyan Romada italiyalı həmkarı Anqelino Alfano ilə görüşdükdən sonra birgə mətbuat konfransı keçirib.

Konfransda Nalbandyan Dağlıq Qarabağ münaqişəsi haqqında sual verən rus jurnalistə sərt cavab verib.

Jurnalistin "İşğal etdiyiniz Azərbaycan torpaqlarından nə zaman çıxacaqsınız?" sualı qarşısında çıxılmaz vəziyyətdə qalan erməni nazir jurnalistə əsəbiləşib: "Bu sual ya redaksiyada, ya da Bakıda yazılıb".

Nalbandyan daha sonra münaqişənin həll edilməsi üçün ATƏT-in Minsk Qrupunun tövsiyyələrini dinlədiklərini iddia edib.

Qafqazinfo.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
09:16 21.01.2026

Ağsuda zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA