15-dən çox xarici səfir Gürcüstan DİN rəhbərləri ilə qapalı görüş keçirib – Əfqan Muxtarlı ilə bağlı

img

02-06-2017 [17:24]


Gürcüstanda xarici ölkələrin səfirlərinin daxili işlər nazirinin müavini Şalva Xusişvili ilə qapalı görüşü keçirilir.

Strateq.az bildirir ki, Gürcüstan DİN-in binasında keçirilən görüşdə diplomatik korpusların nümayəndələri qatılıb. Gürcü KİV-lərinin məlumatına görə, görüş qapalı olsa da orada azərbaycanlı jurnalist Əfqan Muxtarlının məsələsinin müzakirə olunduğu deyilir.

Qapalı görüşdə ABŞ səfiri Yan Kelli, Almaniya səfiri Hayke Renate Feyç, İsveç səfiri Martina Kvik, İtaliyadan attaşe Massimo Masonı, həmçinin Litva, Macarıstan, Yunanıstan, Fransa, Bolqarıstan, Estoniya, Britaniya, Hollandiya və digər ölkələrin diplomatları iştirak edir. Müzakirələrə Gürcüstan Dövlət Təhlükəsizliyi rəisinin müavinləri İosif Qoqaşvili və Aleksandr Tabatadze də qatılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
09:16 21.01.2026

Ağsuda zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA