"Bəzi informasiyaları satın alıram" - Partiya sədrindən ilginc açıqlamalar

img

01-06-2017 [11:20]


Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Analoq.az-a müsahibə verib. Müsahibəni təqdim edirik:


-Siyasi partiyaların hansını özünüzə yaxın görürsünüz?

-Siyasətə girdin, gərək qorxmayasan, çəkinməyəsən.O zaman nə nüfuzun olar?Amma bizim partiya sədrlərinin hamısı əl qulluqçusudur, əl quludur,quzudur.Onlar bu gün bir şey danışırlar,sabah başqa bir şey.Bəzi partiya sədrləri kreslodan ötrü özünü öldürür.Mən də nazir olmuşam.Fərqi nədir-orda da kresloda oturursan,
burda da.Bəzi partiya sədrləri var,deyirlər ki,birgə əməkdaşlıq haqqında protokol imzalayaq.Deyirəm ki,hansı birinizin rayonlarda təşkilatlarınız var?
Bizim rayon təşkilatlarımız var.Məsələn,Sumqayıt rayon təşkilatı mənə oranın icra başçısıyla bağlı elə məlumatlar verir ki,o məlumatlar bir neçə saytlarda getsə,aləm qarışacaq.Zakir Fərəcovun ordakı qanunsuzluqlarını desəm,o gərək istefa verə.Partiyaların heç biri ilə fikrim üst-üstə düşmür.Onlar deyir ki,bu dövlətə biz gəlməliyik. Mən də deyirəm ki,siz hakimiyyətdə olanda gördüyünüz işlər xalqa bəllidir.

Mən elmlər namizədiyəm.Uzun müddət komsomolun 1-ci katibi,2-ci katibi işləmişəm.
Nazir,3 dəfə prezidentliyə namizəd olmuşam. Hafiz Hacıyev Azərbaycanı sevən adamdı.Heç vaxt dövlətə, millətə xəyanət etməyib. Mətbuatda gedən açıqlamalarımdan sonra mənə qarşı bəzi təzyiqlər olur.Heç kim arxayın olmasın ki,Hafiz Hacıyevi istənilən vaxt vurub öldürələr.

Biz gündəlik işləyən partiyayıq.Bu gün səhər tezdən 3 saata yaxın idarə heyəti ilə iclasımız olub,müzakirələr aparmışıq.Partiyalarla münasibətlərim müsbətdi-Kərimov Əlidən,bir də Qəmbərov İsadan başqa.Onların ikisi də satqındır. Elçibəyin müşaviri Aydın Türkoğlu nələr açıq qoyub ortaya?Onlardan daha çox mən bilirəm.Əllidən artıq partiya var.Qeyri-rəsmi partiyalar da çoxdur.Bəzən mərkəzi seçki komissiyasından zəng edib,onların telefon nömrələrini bizdən istəyirlər.Hər gün səhər saat 10-da,uzağı 11-də işdə oluruq,axşam 7-ə kimi.Biz də gedib xarici kəşfiyyata işləsək,əlbəttə,bizim də yaxşı ofisimiz olar,pulumuz olar.Ona görə bu gün millətə xidmət edən partiyalarla xarici kəşfiyyata işləyən partiyalar tərs mütənasibdir.
Mən millətin dərdini çəkirəm.Bəzi partiyalar deyir ki,Amerikadan tapşırıq gəlib,onu etməliyəm,sən də mənə qoşulmalısan.Niyə qoşulmalıyam?

-Yaxşı kitabxananız var.Onları oxumağa,mütaliə etməyə vaxtınız olurmu?

-Bir hissəsini oxumuşam.Ümumiyyətlə,mən kitaba bağlı adamam.Daim mütaliə edirəm.Gördüyünüz kitabların nəşr olunmasında mənim də iştirakım olub.Milli Məclisin sədri Oqtay Əsədovun atası Sabir müəllimin kitabları mənim stolüstü kitablarımdı.Sabir müəllim gözəl insan,dəyərli ziyalı idi.

-Ən çox nəyə marağınız var?

-Dünyada gedən siyasi prosesləri izləyirəm. Keçmişi təhlil edirəm.Gələcək siyasi fəaliyyətim haqqında düşünürəm.

-Sizin cənab prezident İlham ƏLiyevə olan münasibətiniz bəzi partiya liderlərini narahat etmirmi?

-Mənim qardaşım İlham Əliyev bu gün prezidentdir.Mən onu qorumaqdan ötrü həyatımı qurban verməyə hazıram.Bir bibimiz vardı- Şəfiqə xanım...O da rəhmətə getdi.Kimim qaldı?
Mən millətimi sevən,qardaşıma dəstək olan bir adamam.Millətimə xidmət etmişəm.Bu gündən sonra da əlimdən gələni qardaşımın,millətimin yolunda edəcəm.

-Bildiyim qədər ixtisasca siyasətçi deyilsiniz...

-Mən ixtisasca bioloqam.Sankt Peterbruqda (keçmiş Leninqrad)müdafiə eləmişəm:özü də sovetlər dönəmində...Bəzi deputatlarımız kimi kabinetdə elmlər doktoru olmamışam.
24 yaşından sonra komsomol işində böyümüşəm. Kəlbəcər rayon komsomol, komitəsinin təşkilat şöbəsində 1-ci katib,2-ci katib böyük nazirliklərdə idarə rəisi,nazir müavini,nazir olmuşam.

Mən həbs edilmişdim.Bayıldan çıxıb gələndə Qəmbərov İsanın ofisi şəhərin mərkəzində idi.Cibimdə pulum da yoxdu.Bir 20 qəpik istəyirdim 88-ə verəm,5 qəpiklə gələm 8-ci mikrarayonda düşəm.Qapıda 2 xanım oturmuşdu. Dedim İsa bəyə deyin ki,Hafiz bəy türmədən çıxıb gəlib.Getdi,gəlib dedi ki,vaxtı yoxdu.Qəbul etmədi.
Qapının arasından baxdım ki,içəridə oturub "multifilmə" baxır.Mən də dedim: "Yaxşı, səninki səndə,mənimki məndə" Bunlar bu cür ölkəni talan edib dağıdırlar.Mən prezidentliyə namizəd də oldum,"axrana" ilə gəzmədim.

-Hafiz bəy,gərgin iş rejiminiz olur.Bəs stressi necə atırsınız?

- Qocala-qocala gedirik.Ömrümü Qəmbərov İsa ilə,Kərimov Əli ilə mübarizəyə xərclədim.Hərdən də,düşünürəm ki,düz etdim.Mən olmasam,onlar cızıqlarından çox çıxardı.

-İdmanla məşğul olursunuz?

-Mənim,sözün düzü, idmanla məşğul olmağa vaxtım olmur. Telefonumu 5 dəqiqə bağlı saxlayanda ətrafımda olan insanlar narahat olmağa başlayırlar. Problemlərim kifayət qədərdir. İşlərim də çoxdur, vəziyyətim ağırdır. Aysberqin görünən və görünməyən üzü var .Görünməyən üzündə tamamilə ayrı şeylər gedir, görünən üzündə ayrı şeylər... Məxfi görüşlərim olur, məxfi informasiya qəbul edirəm, bəzi informasiyaları satın alıram.
Analoq.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:16 21.01.2026

Ağsuda zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA