Aİ-nin komitə sədrindən Ermənistanda mesaj: "Qarabağ münaqişənin hərbi yolla həlli yoxdur"

img

25-05-2017 [22:20]


"Avropa ölkələri Dağlıq Qarabağ münaqişəsi zonasında insan itkisi ilə nəticələnən silahlı insidentlərdən narahatdır".

Bu barədə İrəvanda səfərdə olan Avropa Parlamentinin (Aİ) Xarici Əlaqələr Komitəsinin rəhbəri Devid Makallister bildirib.

Onun sözlərinə görə, Aİ münaqişə tərəflərini ATƏT Minsk Qrupunun təklifləri əsasında danışıqları qeyd-şərtsiz bərpa etməyə çağırıb.

"Dağlıq Qarabağdakı status-kvo qeyri-möhkəmdir. Bu münaqişənin hərbi yolla həlli yoxdur. Beynəlxalq hüququn əsasında uzunmüddətli nizamlanma gərəkdir. Aİ, tərəfləri atəşkəs rejiminə və münaqişənin dinc yolla nizamlanmasına dair öhdəliklərinə riayət etməyə çağıraraq, Minsk Qrupunun bu istiqamətdə səylərini dəstəkləyir”, - deyə, komitə rəhbəri qeyd edib.

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR
09:16 21.01.2026

Ağsuda zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA