25-05-2017 [14:56]
Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyi tərəfindən "Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlərlə bağlı üçüncü tərəflərin məsuliyyətinə dair hüquqi rəy” adlı sənəd BMT Təhlükəsizlik Şurası və Baş Məclisinin sənədi kimi yayılıb.
Mia.az XİN-ə istinadən xəbər verir ki, sözügedən hüquqi rəy Azərbaycan tərəfinin müraciəti əsasında məşhur beynəlxalq hüquqşünas, BMT-nin Beynəlxalq hüquq Komissiyasının 1997-ci ildə isə sədri, 1990-2011-ci illərdə üzvü olmuş, "Université Paris Ouest Nanterre La Défense”-in fəxri professoru Alan Pelle tərəfindən hazırlanıb.
Ermənistanın qeyri-qanuni əməllərini ört-basdır etmək və beynəlxalq hüququn norma və prinsiplərini, BMT Təhlükəsizlik Şurasının qətnamələrini təhrif edərək üzərinə düşən öhdəlik və məsuliyyətdən yayınmaq cəhdlərini nəzərə alaraq, Azərbaycan münaqişənin həlli, ölkəmizin ərazilərinin işğalına sol qoyulması və Ermənistanın təcavüzündən əziyyət çəkən qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması üçün beynəlxalq hüququn aliliyinin təmin olunmasının xüsusi önəm kəsb etməsinə dair mövqeyini davamlı şəkildə ortaya qoyur.
Azərbaycan tərəfindən münaqişənin hüquqi aspektləri ilə bağlı çoxsaylı hesabatlar hazırlanıb, BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində yayılaraq beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb. Xüsusilə, Azərbaycan Respublikası tərəfindən BMT Baş katibinə Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı silahlı təcavüzünün hüquqi nəticələri, dövlətlərin ərazi bütövlüyü və öz müqəddaratını təyinetmə hüququnun fundamental normaları, Azərbaycan ərazilərinin hərbi işğalçısı kimi Ermənistanın beynəlxalq hüquqi məsuliyyətləri, azərbaycanlı məcburi köçkünlərin beynəlxalq hüquqları və Ermənistanın məsuliyyəti üzrə hesabatlar təqdim edilib.
Həmçinin, BMT-nin Baş Katibinə Xarici İşlər Nazirliyi tərəfindən hazırlanmış "Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlər” adlı müfəssəl hesabat təqdim edilib. Hesabatda faktlar, rəqəmlər və statistik məlumatlarla sübut olunur ki, Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində yürütdüyü siyasəti və həyata keçirdiyi əməlləri beynəlxalq hüququn pozuntusudur, münaqişənin siyasi həllinə nail olmaq cəhdlərini pozur və regionda sülh, təhlükəsizlik və sabitlik üçün ciddi təhdiddir.
Bu hesabatın ardınca hazırlanan "Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlərlə bağlı üçüncü tərəflərin məsuliyyətinə dair hüquqi rəy” adlı sənəd əsaslı bitərəf baxış təmin edərək münaqişənin həlli ilə əlaqədar mövcud hüquqi öhdəlik və məsuliyyətin daha yaxşı başa düşülməsinə töhfə verir və bu istiqamətdə konkret təkliflərlə çıxış edir.
Sənəddə Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətləri aşağıdakı istiqamətlər üzrə təsnif edilir, Ermənistanın əməllərinin qeyri-qanuniliyinin hüquqi əsaslandırılması və üçüncü tərəflərin hüquqi məsuliyyətinə dair hüquqi rəy təmin edilir:
"- İşğal olunmuş ərazilərdə məskunlaşmanın aparılması;
- Azərbaycanın təbii sərvətlərinin istismarı və ticarəti;
- İqtisadi və maliyyə fəaliyyətləri;
- İnfrastruktur dəyişikliklər və telekommunikasiya şəbəkəsinin istismarı;
- İşğal edilmiş ərazilərin mədəni xarakteri və irsinin dəyişdirilməsi;
- İşğal edilmiş ərazilərin turizm məkanı kimi təşviq edilməsi, qeyri-qanuni səfərlərin təşkili və digər fəaliyyətlər.
Sənədin təmin etdiyi hüquqi rəyə görə, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni əməllərin həyata keçirilməsinə məsuliyyət daşıyan tərəfdir. Bu qeyri-qanuni əməllərin bir qismi beynəlxalq hüququn imperativ normalarından irəli gələn öhdəliklərin ciddi surətdə pozulmasıdır:
"Bu sıraya aşağıdakılar daxildir:
- BMT Nizamnaməsini pozaraq Ermənistan tərəfindən işğal olunmuş Azərbaycanın Dağlıq Qarabağ və digər rayonlarının de-fakto ayrılmasını təmin etmək üçün gücdən istifadə;
- Bu xüsusda Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün pozulması;
- İşğal olunmuş ərazilərdə etnik təmizləmənin aparılması, məskunlaşma məntəqələrinin yaradılması və əhalinin köçürülməsinin təmin edilməsi bu ərazilərin demoqrafik tərkibinin dəyişdirilməsi;
- Hərbi işğala dair hüququn, xüsusilə "Quruda müharibənin aparılması qanunları və adətləri” haqqında 1907-ci il Haaqa Konvensiyası ilə bağlı Qaydaların 43-cü bəndi, 1949-cu il "Müharibə zamanı mülki şəxslərin müdafiəsi”nə dair Cenevrə Konvensiyasının 49-cu maddəsinin kobud şəkildə pozulması;
- İşğaldan əvvəl həmin ərazidə yaşayan insanların maraqlarının aliliyini nəzərə almadan işğal olunmuş ərazilərin təbii resurslarının istismar edilməsi;
- Ərazinin mədəni irsinin dəyişdirilməsi.
Hüquqi rəyə əsasən, beynəlxalq hüququn imperativ normalarının sadalanan ciddi pozuntusu ağırlaşdırılmış məsuliyyətlə nəticələnən xüsusi halların tətbiq edilməsini nəzərdə tutur.
Bu sıraya daxildir:
- Bu kimi pozuntular nəticəsində yaranmış vəziyyətin tanınmaması;
- Bu vəziyyətin saxlanması üçün hər hansı yardımın göstərilməsinin qadağan olunması;
- Bu kimi pozuntuları etmiş şəxslərin hər hansı immunitetdən məhrum edilməsi;
- Ağırlaşdırılmış məsuluyyət kimi bütün Dövlətlər tərəfindən Ermənistanı məsuliyyətə cəlb etmək və ona qarşı tədbirlərin görülməsi, o cümlədən sanksiyaların tətbiq edilməsi, cinayət və mülki işlərin açılması.
Beynəlxalq münasibətlərdə və münaqişələrin həlli prosesində qanunun aliliyinin təmin olunması mütləq xarakter daşıyır.
Bütün beynəlxalq ictimaiyyəti, müvafiq beynəlxalq təşkilatları, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrini, əcnəbi hüquqi və fiziki şəxsləri "Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlərlə bağlı üçüncü tərəflərin məsuliyyətinə dair hüquqi rəy” və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hüquqi aspektləri ilə bağlı Azərbaycanın təqdim etdiyi digər fundamental hüquqi hesabatları nəzərə almağa çağırırıq".
"No: 144/17, Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlərlə bağlı üçüncü tərəflərin məsuliyyətinə dair hüquqi rəy"lə XİN-nin rəsmi saytımdan tanış olmaq olar:
http://mfa.gov.az/files/file/Responsibility_of_States_for_internationally_wrongful_acts.pdf
Tehran bombalanır - Paytaxt qaranlığa qərq olub
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Şəfiqə Məmmədovadan Rasim Balayevlə bağlı açıqlama: "Çox pisəm, özümə gələ bilmirəm"
Bakıdakı ali məktəblər hara köçürülür? - VİDEO
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
ELDAR ƏZİZOV İCRA BAŞÇILARINI TOPLADI: 3 rayonda görülən işlər təqdir olunub, digərləri isə...
Prezident Cəmil Əliyevi təltif etdi - “İstiqlal” ordeni ilə
Rasim Balayev Türkiyədə vəfat edib
"Azərişıq"dan "10 manat yükləyirik, 2-3 manat dərhal silinir" iddialarına cavab verildi - VİDEO
İrana qarşı yeni cəbhə açılır? - Ankara–İslamabad xətti... (TƏHLİL)
Bakıda yağışla bağlı yaranan problem... - 216 nəfər təhlükəsiz əraziyə təxliyə edilib
İran Müdafiə Nazirliyinin rəsmisi həlak olub
İran XİN başçısı Azərbaycana mesaj verdi: "Çətin günlərdə..."
Neçirvan Bərzaninin iqamətgahı dronla vuruldu - Baş nazir hava məkanını qapadılma qərarını uzatdı (FOTO)
Pezeşkian ABŞ-la danışıqları ilk dəfə təsdiqlədi, region ölkələrinə mesaj verdi: "Əgər təhlükəsizlik istəyirsinizsə..."
Kəmaləddin Heydərovun oğulları hansı filmə dəstək verib? - Maraqlı məlumat yayıldı (FOTOLAR)
İran daxilində vəziyyət necədir? - CNN deyir ki...
"Azərişıq"dan Sumqayıtla bağlı açıqlama: "Elektrik enerjisi mərhələli şəkildə bərpa edilir"
Güclü yağışın yaratdığı problemlər... - ADSEA-dakı Operativ Qərargah gücləndirilmiş iş rejiminə keçib + VİDEO
Ağsuda qətl: iki nəfər 43 yaşlı qadının ölümünə görə saxlanılıb
Azərbaycan – Türkiyə Birgə Media Platforması: Birgə İşçi Komissiyası və Komitələr yaradılacaq
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər