Ziyafət Əsgərov Varşavaya gedir - Səbəb

img

17-05-2017 [18:10]


Sabah Polşanın paytaxtı Varşava şəhərində Mərkəzi və Şərqi Avropa dövlətlərinin parlament rəhbərlərinin sammiti keçiriləcək. 

Tədbirdə Azərbaycan Milli Məclisini parlament sədrinin birinci müavini Ziyafət Əsgərov təmsil edəcək.

Milli Məclisin mətbuat xidmətindən bildiriblər ki, sammitdə regional təhlükəsizlik, Şimal-Cənub layihəsi çərçivəsində infrastrukturun inkişafı sahəsində əməkdaşlıq, xarici siyasətdə milli parlamentlərin rolu, Mərkəzi və Şərqi Avropanı unikal edən dəyərlər və digər mövzularda müzakirələr aparılacaq.

Ziyafət Əsgərov müzakirə olunacaq mövzularla bağlı çıxış edəcək, məsələlərə münasibət bildirəcək.

Sammit çərçivəsində bütün nümayəndə heyəti rəhbərlərinin Polşa Prezidenti ilə görüşləri nəzərdə tutulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
09:16 21.01.2026

Ağsuda zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA