"ÜAK daxilindəki parçalanmanı Polad Bülbüloğlu yaratdı" – Səfirə İTTİHAM

img

17-05-2017 [17:25]


Rusiyada fəaliyyət göstərən Ümumrusiya Azərbaycan Konqresinin ləğvi Azərbaycan ictimaiyyətində geniş narazılığa səbəb olub. Diaspor təşkilatının ləğv olunması barədə Rusiyanın müvafiq dövlət qurumunun qərar qəbul etməsi Milli Məclis səviyyəsində müzakirə olunub. 

Politoloq Qabil Hüseyinli Mia.az-a açıqlamasında bildirib ki, bu qərar Rusiyanın apardığı anti-Azərbaycan siyasətinin bir hissəsidir: 

"Hesab edirəm ki, ÜAK-nin ləğvi çox şeyi özündə ehtiva edir. Uzun müddətdir ki, Rusiya anti-Azərbaycan siyasəti həyata keçirir. Aprel döyüşlərindən sonra Rusiya Azərbaycanın işğal edilmiş əraziləri ilə bağlı xeyli vədlər verdi. Amma bu vədlərə əməl etmədi və Ermənistanı danşıqlar prosesindən çəkindirdi. İndi isə onların müvafiq dövlət qurumu Azərbaycanın maraqlarına cavab verən bir təşkilatı ləğv etmək barədə qərar qəbul edib. Mətbuata sızdırıblar ki, yeni təşkilat yaratmaq olar. Rusiyada "Azərros” deyilən bir təşkilat var və başında Azərbaycanın maraqlarına cavab verməyən Söyün Sadıqov dayanır. 

Görünən odur ki, həmin təşkilatın inkişafına təkan verəcəklər. Bununla da orada yaşayan azərbaycanlıların Rusiyanın mararaqlarına xidmət edən mövqedə dayanmasını təmin etməyə çalışacaqlar. Bu, Azərbaycana ciddi zərbədir. Çünki adıçəkilən təşkilatın inkişafına təkan verilməsi orada yaşayan 2 milyona yaxın azərbaycanlının Rusiyanın əlində alət olmasına gətirib çıxara bilər. Bu alətdən də Azərbaycana və onun syasi rəhbərliyinə təzyiq vasitəsi kimi istifadə edilməsi qaçılmazdır. Bir sözlə, Rusiya Azərbaycana qarşı düşünülmüş, məqsədyönlü siyasət aparır”. 

Politoloq qeyd edib ki, bu məsələdə ən böyük səhv Polad Bülbüloğlunundur:

 "Təşkilat daxilində müəyyən çalxalanmaları, cəbhələşməni, intriqaları yaradan məhz Polad Bülbüloğlu oldu. O, bütün bunları Abbas Abbasovla birləşərək həyata keçirdi. Nəticə etibarı ilə ÜAK-nin nüfuzuna xələl gətirən xeyli addımlar atıldı. Təşkilatdaxili intriqalar Rusiyanın özündə də müəyyən dairələrə təsir göstərirdi. Burada Diaspora Komitəsinin də müəyyən günahları var. Komitə məsələyə vaxtında müdaxilə etməli, təşkilatın sağlam mövqe sərgiləməsinə nail olmalı, Rusiyanın müəyyən siyasi dairələri tərəfindən hazırlanmış xain zərbələrdən qorumalı idi. Amma bunu etmədi”.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
09:16 21.01.2026

Ağsuda zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA