Dövlət qulluqçularının etik davranışlarına nəzarəti kim edəcək? - Dəyişiklik

img

16-05-2017 [17:17]


Azərbaycanda dövlət qulluqçularının etik davranış qaydalarına nəzarət edən qurum dəyişdirilir.

Bununla bağlı Azərbaycan Prezidentinin təqdimatı ilə "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanunun 20-ci (Etik davranış qaydalarına əməl olunmasına nəzarət) maddəsinə dəyişiklik təklif edilir.

Layihəyə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum etik davranış qaydalarına əməl olunmasına nəzarəti nizamnaməsinə uyğun olaraq həyata keçirəcək. Bəndin hazırda qüvvədə olan variantına görə isə, "Nəzarət orqanı” bu qanunla müəyyənləşdirilmiş qaydada yuxarıda göstərilən nəzarəti həyata keçirir.

Layihəyə əsasən bundan başqa qanunun 22-ci maddəsi – Nəzarət orqanın fəaliyyəti ilə bağlı maddə ləğv edilir.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və mayın 23-də müzakirəyə çıxarılacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:16 21.01.2026

Ağsuda zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA