Sülh Platformasının üzvləri görüşüblər - FOTO

img

12-05-2017 [11:14]


Mayın 11-də Ermənistan-Azərbaycan Sülh Platformasının üzvləri olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri, Beynəlxalq Mətbuat İnstitutunun Azərbaycan üzrə təmsilçisi Ümüd Mirzəyev, Qafqaz Tarixi Mərkəzinin direktoru, AMEA-nın İnsan Haqları İnstitutunun elmi əməkdaşı Rizvan Hüseynov, Rusiya Federasiyasının Udmurtiya Respublikasının deputatı Elgiz Hacıyev  Sülh Platformasının Azərbaycandan olan həmkoordinatoru Orxan Nəbiyev ilə Platformanın ofisində görüş keçiriblər.
 
Sülh Platformasının mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, görüş əsnasında Sülh Platformasının hazırkı durumu və  gələcək fəaliyyət istiqamətləri müzakirə olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA