"Kreml gərək ermənilərin Rusiyadakı təxribatçı əməllərinə son versin, əks halda..." - Politoloqdan xəbərdarlıq

img

11-05-2017 [19:46]


"Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinlə görüşməsi və Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin Rusiya Dövlət Dumasında Rusiya-Azərbaycan dostluq qrupunun üzvləri ilə görüş keçirməsi məqsədilə Moskvaya səfərinin məqsədi bəllidir". 

Mia.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, rəsmi xəbərlərdə Polad Bülbüloğlunun Karasinlər görüşü "iki ölkə arasında əməkdaşlığın aktual məsələlərinə dair müzakirələr aparıldı”, Əli Hüseynlinin səfəri isə "qanun yaradıcılığı sahəsində təcrübə və informasiya mübadiləsi ilə bağlı məsələlər müzakirə olunacaq” kimi xarakterizə olunub:

"Ancaq məncə görüşlərin səbəbi Rusiyanın Azərbaycan siyasətinə aydınlıq gətirməkdir. Son günlərdə Moskvada və Sankt-Peterbuqrda ermənlərlə azərbaycanlılar arasında toqquşmalar qeydə alınıb. Aydındır ki, Kreml Azərbaycanla Ermənistan arasındakı münaqişənin Rusiya ərazisinə daşınmasını istəmir. Ancaq bunun üçün gərək Kreml ermənilərin Rusiya ərazisindəki təxribatçı əməllərinə son versin, əks halda, erməni separatçılarının Rusiyada dalğalandırdığı "bayrağa” azərbaycanlıların seyrçi qalması mümkün deyil".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA