Bişkekdə Şuşanın işğalının 25 illiyi qeyd edilib - FOTO

img

09-05-2017 [19:26]


Qırğısıstanın paytaxtı Bişkekdə Şuşanın işğalının 25 illiyi qeyd edilib. 

Mia.az-a verilən məumata görə, Türkdill Dövlətlərin Siyasətinə Dəstək fondunun, İssık Kul Azərbaycanlılarının "Xəzər” İctimai birliyi və Qırğızıstandakı Azərbaycanıların əlaqələndirmə mərkəzi İctimai birliklərinin birgə keçirdiyi tədbirdə yazıçılar, Qırğızıstandakı Azərbaycan diasporunun fəalları və Qırğızıstan cəmiyyətinin üzvləri iştirak ediblər. 

Mərasimdə çıxış edən Türkdill dövlətlərin siyasətinə dəstək fondunun prezidenti Nüsrət Məmməov, Fondun vise prezidenti Osman Səfərov, İssık Kul Azərbaycanlılarının "Xəzər” İctimai birliyinin prezidenti Ziyəddin Hüseynov, Qırğızıstandakı Azərbaycanıların əlaqələndirmə mərkəzi İctimai birliyinyn Prezidenti Cəbi Rəsulov, şair- tərcüməçi Mukan Asanaliyev çıxış edərək Şuşanın işğalı ilə bağlı maraqlı faktlardan danışıblar.

Öz çıxışlarında 1992-ci il mayın 8-nə keçən gecə erməni hərbi birləşmələrinin keçmiş sovet ordusunun 366-cı alayının hərbi qulluqçularının və 40 zirehli texnikasının köməyi ilə Şuşa şəhərinə hücuma keçdiklərini, Şuşalılar üçünuzun illər işğal altında qalan torpaqların da qəribsədiyinitədbir iştirakçılarının nəzərinə çatdırdılar. Çıxış edənlər Şuşanın Azərbaycana tezliklə qaytarılması, işğalda iştirak edənlərin dərhal gəzalandırılmasını vurğulayıblar.
 
Türkdill dövlətlərin siyasətinə dəstək fondunun, İssık Kul Azərbaycanlılarının "Xəzər” İctimai birliyi və Qırğızıstandakı Azərbaycanıların əlaqələndirmə mərkəzi İctimai birliklərinin birgə sifarişi ilə Milli Məclisin üzvü Qənirə Paşayevanın Şuşanın işalına həsr etdiyi şeirləri əsasında çəkilmiş bədii kompazisiyanın qırğız dilinə tərcümə edilərək dublyaj edilmiş "Ruhum Qarabağdandır” filmi nümayiş olunub. 

Onu da qeyd edək ki, filmin rejisoru Bəxtiyar Qaracadır. Filmi qırğız dilinə Mukan Asanaliyev tərcümə edib. Nümayiş olunan film Tədbir iştirakçılarına çox təsir etdi. Sonda tədbir iştirakçılarına filmin diskləri hədiyyə olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA