"Bu cür xəyanətlərin üstü zaman-zaman açılacaq" - Xəbərdarlıq

img

08-05-2017 [17:41]


"Mən açıqlamalarımda dəfəlrlə demişdim ki, Azərbacanda xəyanətkarlar at oynadır. Hərbi hissədə bu dərəcədə olan xəyanət çox qorxunc haldır".

"Bunu Moderator.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

Partiya sədrinin sözlərinə görə, ölkədə prezidentə qarşı fəaliyyət göstərən şəbəkə var: Ölkə prezidentinə qarşı olan şəxslər İlham Əliyevə qarşı qiyam qaldırmaq istəyirlər. Bunlar şəbəkə formasında fəaliyyət göstərirlər. Bu xəyanətkarlar təkcə hərbidə deyil, bir çox sahələrə kök atıblar. Bunlardan xilas olunmaq üçün təcili kadr islahatları olmalıdır. Bakıda ermənilərin böyük şəbəkəsi var. Biz o, erməniləri Bakıya dəvət etməklə Qarabağı qaytara bilməyəcəyik. Xalqımız ayıq olmalıdır. Hamı prezident ətrafında sıx birləşməlidir. Allah bu millətə və qardaşım İlham Əliyevə kömək olsun. Biz ölkəni qorumaq üçün çox çətin şərtlər altında fəaliyyət göstəririk. Bu cür xənanətlərin üstü zaman-zaman açılacaq. Ermənilərlə əlaqəyə girənlər İlham Əliyevə arxadan zəribə vurmaq üçün fürsət axtarır. Mən Hafiz Hacıyev hər zaman prezidentə qarşı yönələcək istənilən zərbəyə sinəmi sipər edəcəm. Buna heç kimin şübhəsi olmasın. Qiyama təkan vermək istəyən "qocalar evi" hər dəqiqə ölkəmizi satmağa hazırdır. Ölkədə bunların əlaltısı olan müxalifətçilər də var. Lazım olanda həmin müxalifəti də prezidentə qarşı yönəldirlər."


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA