“Onlar hadisələrin gedişini belə gözləmirdilər" - Allahşükür Paşazadə Avropa dövlətlərini hədəfə aldı

img

06-05-2017 [12:09]


"Hələ sovet dövründə Əfqanıstanda, Fələstində və digər başqa yerlərdə yaşanan hadisələr özbaşına baş vermirdi”.
 
Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.

 O bildirib ki, sonrakı dövrdə Əfqanıstan, İraq, Liviya, Suriya, Yəməndə baş verən iğtişaşlar Qərb dövlətlərinin siyasətinin bəhrəsidir:

"Onlar hadisələrin gedişini belə gözləmirdilər. Hazırda yaşanan miqrant axını nəticəsində gördülər ki, müharibələrdən özləri də əziyyət çəkir. İndi isə miqrantlara qarşı hasarlar çəkirlər. Dünyada islamofobiya artır. Nə qədər islamofobiya artırsa, islam dövlətlərinin Avropaya olan münasibəti də dəyişir”. 

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA