"Bu gün Azərbaycan yeganə ölkələrdəndir ki,..." - PA rəsmisi

img

04-05-2017 [12:57]


"1990-cı illərdə ölkə olduqca xaotik vəziyyətdə idi. Azərbaycanda yetkin gənclər siyasəti Heydər Əliyev hakimiyyətə gəldikdən sonra başlanıb. Gənclər siyasətinin əsasını dövlətin gənclərə qayğısı təşkil edir". 

Mia.az SalamNews-a istinadən xəbər verir ki, bu barədə ümummilli lider Heydər Əliyevin 94-cu illiyinə həsr olunmuş tədbirdə Azərbaycan Respublikası Prezident Administrasiyasının İctimai-siyasi məsələlər üzrə şöbəsinin müdir müavini Tahir Süleymanov bildirib.

T.Süleymanov deyib ki, ölkə həmin illərdə qaynar qazana bənzəyirdi: "Yoxsulluğun səviyyəsi ən yuxarı həddə idi. Ancaq Heydər Əliyevin uğurlu siyasəti nəticəsində ölkə inkişaf etdi. Bu gün Azərbaycan yeganə ölkələrdəndir ki, ölkədə həm Gənclər və İdman Nazirliyi, həmçinin də Gənclər Fondu var. Bu dövlətin gənclərə qayğısının bariz nümunəsidir". 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA