"Polad Bülbüloğlu müsahibədən keçib" - UNESCO-dakı səfir

img

04-05-2017 [11:45]


"Polad Bülbüloğlunun namizədliyi ilə bağlı bütün sənədlər rəsmiləşdirilərək UNESCO-nun müvafiq orqanlarına təqdim edilib".

Bunu Azərbaycanın UNESCO-dakı səfiri Anar Kərimov deyib.

O bildirib ki, İcraiyyə Şurasında artıq ilkin müsahibələr keçirilib: 

"Bütün namizədlər sorğu-sual edilib. Polad Bülbüloğlu da həmin müsahibədən keçib və İcraiyyə Şurası üzvlərinin suallarına cavab verib. Kampaniya davam edir. Bu ilin oktyabrında səsvermə keçiriləcək və namizəd Baş Konfransa təqdim ediləcək. Baş Konfrans namizədi təsdiqləyəcək".

A. Kərimov qeyd edib ki, Azərbaycan həmişə uğurlu bir təşəbbüs irəli sürəndə Ermənistan buna qarşı çirkin kampaniya aparır:

"Ermənistanın təxribatlarına biz artıq öyrəşmişik. Təbii ki, Azərbaycana qarşı çirkin kampaniyaya cəhd edirlər. Amma bu əks-təbliğat bizi qarşımıza qoyduğumuz məqsəddən döndərməyəcək. Biz yolumuza davam edəcəyik".

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA