Brüsseldə “NATO + Azərbaycan” formatında müzakirə - Müdafiə Nazirliyindən yeni xəbər

img

02-05-2017 [20:32]


Bu gün Brüssel şəhərində NATO-nun mənzil-qərargahında, Tərəfdaşlıq və Kooperativ Təhlükəsizlik Komitəsində Azərbaycan Respublikasının 2017-ci il üzrə "Planlaşdırma və Analiz Prosesi”nin qiymətləndirmə sənədinin "NATO + Azərbaycan” formatında müzakirə iclası keçirilib.

Azərbaycan Müdafiə Nazirliyindən Mia.az-a verilən məlumata görə, iclasda Müdafiə Nazirliyinin nümayəndələri ilə yanaşı müzakirə mövzularına müvafiq olaraq ölkəmizin digər aidiyyəti qurumlarının səlahiyyətli nümayəndələri də iştirak ediblər.

Görüşdə müdafiə sahəsində aparılan islahatlar, NATO və tərəfdaş ölkələrlə əməkdaşlıq, tərəfdaşlıq məqsəd və öhdəliklərin yerinə yetirilməsi,  NATO-Azərbaycan Hərbi Təhsil və Təlim sahəsində birgə Fəaliyyət Planı, eləcə də Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində aparılan fəaliyyətlər, sülhməramlılarımızın Əfqanıstandakı "Qətiyyətli dəstək” qeyri-döyüş missiyasına verdiyi töhfə və digər məsələlər müzakirə olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA