“Heç qorxağa oxşamırsan, görürsən, danışırsan” - Spikerdən deputata replika

img

02-05-2017 [14:50]


"Deputatı mandatdan məhrum etmə ilə məhkəmənin səlahiyyətini əlindən almış oluruq. Biz biz bunu qəbul etsək, Konstitusiyanın 90-91-ci maddələrini götürmüş oluruq”.

Bunu Milli Məclisin deputatı Zahid Oruc parlamentin bu gün keçiriləcək plenar iclasında "Azərbaycan Respublikası Milli Məclis deputatının etik davranış qaydaları haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, deputatın davranışına münasibət zavod rəhbərliyinin işçisinə olan münasibət kimi olmamalıdır: "Belə olarsa, deputat hansısa məsələ ilə bağlı çəkinəcək. Dünya praktikasında da buna həssas yanaşırlar. Bütün bunlar nəzərə alınmalıdır”.

Spiker Oqtay Əsədov isə Z.Oruca belə cavab verib: "Heç qorxağa oxşamırsan, görürsən, danışırsan”.

Deputat Tahir Kərimli çıxışında deyib ki, qanun layihəsində bəzi məsələlər izah edilməlidir: "Layihədə "kobud pozuntu” ifadəsinə rast gəlinir. Bu nə deməkdir? Deputat bilməlidir ki, kobud pozuntu hansı hallarda baş verir”.

Deputat Fərəc Quliyev də qanun layihəsinə etiraz edərək, həmkarlarının fikirlərinə şərik olduğunu bildirib. 

O, layihədə deputatı kiçildən məqamların olduğunu bildirib. F.Quliyev daha çox deputatın hədiyyə götürməsi ilə bağlı maddəyə etiraz edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA