Moskvada Lavrov-Məmmədyarov-Nalbandyan danışıqları başlayıb

img

28-04-2017 [12:24]


Moskvada Rusiya Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü başlayıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Sergey Lavrov, Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında üçtərəfli görüş Rusiya Xarici İşlər Nazirliyinin iqamətgahında keçirilir.

Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının müzakirə olunacağı danışıqlar qapalı, mətbuatın iştirakı olmadan keçirilir.

Qeyd edək ki, danışıqların müəyyən mərhələsinə ATƏT-in Minsk qrupunun həmsədrləri də qatılacaqlar.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA