Azay Quliyev ATƏT PA-nın baş katibi ilə görüşüb - FOTOLAR

img

26-04-2017 [10:56]


Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev qurumun Kopenhagendə yerləşən Beynəlxalq Katibliyində olub, baş katib Roberto Montella və daimi heyətlə görüşüb.

Mia.az  xəbər verir ki, səmərəli keçən görüşdə ATƏT PA-nın yaxın aylardakı fəaliyyəti, xüsusilə 5-9 iyulda Minskdə keçiriləcək 26-cı illik sessiyanın gündəliyinə aid məsələlər müzakirə edilib.

Qeyd edək ki, aprelin 24-də ATƏT PA-nın Büro iclası keçirilib və A.Quliyev iclasda iştirak edib. O, gündəlikdə olan məsələlər haqqında çıxış edib və ATƏT regionu, o cümlədən ölkəmiz üçün vacib olan məsələləri Büro üzvlərinin diqqətinə çatdırıb, müzakirə olunan layihələrə təkliflər verib.

Büro iclası qapalı olduğuna görə detallar barədə məlumat verilmir.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA