"Minsk Qrupu bunların heç olmazsa, birinə niyə “dur” demir?" - Politoloqdan şərh

img

25-04-2017 [18:35]


"ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsini həll etməkdə acizdir və ya özü bunu istəmir , bunu anladıq. Bəs Minsk Qrupu Ermənistanın Dağlıq Qarabağda həyata keçirdiyi təxribatları niyə dayandırmaq istəmir, bunu anlamırıq. Axı cəbhə bölgəsindəki gərginliyə məhz bu təxribatlar səbəb olur".

Mia.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

O, həmin təxribatları bir-bir belə sadalayıb:

"Birincisi, Ermənistan Dağlıq Qarabağa köçü dayandırmır və bu köç ermənilərin heç vaxt yaşamadıqları əraziləri də əhatə edir. 

İkincisi, Ermənistan Dağlıq Qarabağ ətrafındakı rayonlarda hərbi təlimləri davam etdirir. 

Üçüncüsü, işğal altındakı rayonlarda öz düşüncələrinə uğyun "yenidənqurma” işləri aparırlar, Şuşada məscidin "təmiri” bunun nümunəsidir. 

Dördüncüsü, Dağlıq Qarabağda etnik təmizləmə həyata keçirdikdən sonra artıq necəndi dəfədir ki, idarəetməni dəyişirlər.

 Minsk Qrupu bunların heç olmazsa, birinə niyə "dur” demir?".

Politoloq bildirir ki, Minsk Qrupunun atəşkəsin qorunması vacibliyi ilə bağlı yüzlərlə bəyanatı var, ancaq sadaladığı mövzuların biriylə bağlı bir açıqlama belə yoxdur:

"Bəs Azərbaycan Xarici İşlər Nazirliyi separatçılara cəbhə bölgəsindəki gərginliyi artıran əməllərinə "dur” deyə bilməyən Minsk Qrupuna nə deyir?".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR