"Ən gec 2019-cu ilin əvvəlində Azərbaycan qazı dünya bazarına çıxarılacaq" - Valeh Ələsgərov

img

25-04-2017 [11:06]


"Azərbaycan Xəzəryanı ölkələrlə səmərəli əməkdaşlığın tərəfdarı olub. Xəzər dənizinin delimitasiyası məsələsində Azərbaycan təşəbbüskar olub, beynəlxalq hüquq çərçivəsində bu məsələnin həllinə töhfələr verib".
 
Bunu bu gün Bakıda keçirilən II SOCAR Beynəlxalq "Xəzər və Mərkəzi Asiya - Neft Emalı, Neft-kimya, Ticarət və Logistika" Forumunda Milli Məclis sədrinin müavini, parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov deyib.
 
Onun sözlərinə görə, artıq Azərbaycan, Rusiya və Qazaxıstan arasında Xəzər dənizinin dibinin bölüşdürülməsi məsələsi həllini tapıb. V.Ələsgərov digər Xəzəryanı ölkələrin də bu sazişlərə qoşulacağına ümid etdiyini bildirib.
 
"Azərbaycan Xəzəryanı ölkələr üçün nümunə olaraq Xəzər dənizindən hasil olunan neft və qazı dünya bazarlarına çıxara bildi. Hazırda TANAP və TAP layihəsi istiqamətində müvafiq tədbirlər görülür. Əminəm ki, 2018-ci ilin sonu, ən gec 2019-cu ilin əvvəlində Azərbaycan qazı dünya bazarına çıxarılacaq".

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA