ASALA İranda Türkiyə səfirliyi qarşısına toplaşır - Azərbaycanlılardan sərt etiraz

img

24-04-2017 [19:07]


Tehranda ASALA və Daşnaksütyun qruplaşmasının tərəfdarları uydurma 24 aprel soyqırımı bəhanəsi ilə Türkiyə səfirliyi qarşısına toplaşmaqdadır.

Avropa.info Gunaz.tv-yə istinadən xəbər verir ki, Azərbaycanlıların bütün etirazına baxmayaraq, belə bir aksiya keçirilərsə, bu milyonlarla Azərbaycan türkünə qarşı təhqir hesab olunacaq və şübhəsiz ki, növbəti etirazlara səbəb olacaq. Ən azı ona görə ki, güney azərbaycanlılar erməni canilərinin ötən əsrin əvvəllərində Urmiyə, Xoy və Salmasda törətdikləri cinayətlərini hələ yaxşı xatırlayırlar.

Bundan öncə Azərbaycan Milli Hərəkat fəalları radikal ermənilərin Tehranda keçirmək istədikləri etiraz aksiyası ilə bağlı ölkə rəhbərliyinə xəbərdarlıq etmişdilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA