Qulluq mövqeyindən istifadə etməklə mənimsəməyə görə cərimə artırılır - Dəyişiklik

img

24-04-2017 [17:10]


Azərbaycanda qulluq mövqeyindən istifadə edərək mənimsəmə və israf etməyə görə cərimə artırılır.

Bu, Cinayət Məcəlləsinin 179-cü maddəsinə təklif edilən dəyişiklikdə əksinə tapıb. Layihəyə görə, maddənin 2-ci hissəsində şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsinə görə sanksiyada "2000 manatdan 3000 manata qədər” cərimə "4000 manatdan 7000 manata” qədər cərimə ilə əvəzlənir.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və aprelin 25-də müzakirəyə çıxarılacaq.

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA