Fransada keçirilən prezident seçkiləri ilə bağlı ilk exit-pollun nəticələri açıqlandı - Kim qabağdadır?

img

23-04-2017 [18:37]


Bu gün Fransada keçirilən prezident seçkiləri ilə bağlı ilk exit-pollun nəticələri məlum olub.
 
APA-nın məlumatına görə, Belçikanın RTBF telekanalı saat 12.00-a exit-pollun nəticələrinə əsasən sabiq iqtisadiyyat naziri, "En Marche” (Yürüş) Hərakatının lideri Emmanuel Makron və radikal Milli Cəbhənin lideri Marine Le Pen prezident seçkilərinin birinci turunda liderlik edirlər.
 
Exit-polla əsasən  E. Makron səslərin 24 faizini, M. L. Pen səslərin 22 faizini toplayıb. Sabiq baş nazir, respublikaçıların namizədi Fransua Fiyon 20,5 faiz səslə üçüncü, radikal solun namizədi Jan-Lyuk Melanşon 18 faiz səslə dördüncü yerdə qərarlaşıb. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA