Nəsimi rayonunda xarici diplomatlarla görüş - FOTOLAR

img

19-04-2017 [15:13]


Nəsimi rayonunda  xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri ilə görüş keçirilib.

Bu barədə Nəsimi İcra Hakimiyyətindən Mia.az-a verilən məllumata görə, tədbirdə Nəsimi rayonunda yeni istifadəyə verilmiş  satış mərkəzi barədə qonaqlara ətraflı məlumat verilib.

Bildirilib ki, əsasən yerli məhsulların satışı üçün nəzərdə tutulan mərkəz öz fəaliyyətini daha da genişləndirmək niyyətindədir.

Dövlət siyasətinə uyğun olaraq Azərbaycana xarici investisiyanın cəlb edilməsi də əsas məqsədlərdəndir. Bütün bunlar nəzərə alınaraq "Yaşıl market”də xarici ölkələrin istehsalçıları ilə də əlaqələrin qurulması nəzərdə tutulub. Bildirilib ki, xarici ölkələrin istehsalçıları, restoranları da satış mərkəzi ilə əməkdaşlıq edə bilər. Burada onların fəaliyyəti üçün lazım olan bütün imkanlar yaradılacaq.

Qonaqlar  geniş ərazidə yerləşən açıq və bağlı satış məntəqələrini gəzmiş, ayrı-ayrı pavilionlarla tanış olaraq söhbətlər etmişlər.

Pavilionlarda və piştaxtalarda respublikamızın bütün bölgələrində istehsal olunan müxtəlif çeşiddə kənd təsərrüfatı, ərzaq və qida məhsulları -satışa çıxarılan Azərbaycan məhsulları ilə tanış olublar. Xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri əməkdaşlıq üçün burada imkanların olduğunu və bu barədə öz ölkələrinin müvafiq qurumları ilə danışıqlar aparacaqlarını bildiriblər.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA