Belaruslu dosent Ermənistan-Azərbaycan Sülh Platformasına qoşuldu - Bəyanat

img

19-04-2017 [12:50]


Belarus Dövlət Universitetinin siyasi elmlər şöbəsinin dosenti, fəlsəfə elmlər doktoru Sergey Simanovski Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulub.
 
Sülh Platformasının mətbuat xidmətindən Mia.az-a daxil olan məlumata görə, o, bununla bağlı aşağıdakı bəyanatı verib:
 
"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini vacib hesab edirəm. Azərbaycan və Ermənistan Respublikalarının ərazi bütövlüyü və suverenliyinə, və hər iki dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət və dəstəyimi ifadə edirəm. Həmçinin BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələrin, digər beynəlxalq təşkilatların qətnamə və qərarlarının icrasının çox vacib olduğunu vurğulayıram. Münaqişənin sülh yolu ilə həllində ATƏT-in Minsk qrupunun fəaliyyətinin vacibliyini qeyd etmək istəyirəm. Ermənilər və Azərbaycanlılar, əsrlər boyu sülh içində yaşayıblar. Və buna çoxlu sübut gətirmək olar. Böyük təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, münaqişənin həll olunmaması nəticəsində iki xalqın bir-biri haqqında təsəvvürləri yalnız müharibə kontekstində formalaşıb. Müharibəyə son qoymağın vaxtı çatıb. İnsanların sülh şəkildə birgə yaşayışını və uzun müddət davam edən münaqişənin həllini tam dəstəkləyirəm. Biz hamımız Sülh və təhlükəsizlik şəraitində yaşamalıyıq və mən inanıram ki, bu Sülh Cənubi Qafqaz Regionunda da bərqərar olacaq. Yuxarıda qeyd olunan səbəblərə görə, mən bu təşəbbüsə öz dəstəyimi ifadə edirəm və əsas məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə vermək olan Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulmağımı bəyan edirəm”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA