"Araz Əlizadə, bil və agah ol ki..." - Partiya sədrindən deputata kəskin etiraz

img

18-04-2017 [15:20]


Deputat Araz Əlizadənin "biz türk yox, azərbaycanlıyıq" və digər xoşagəlməz açıqlamalarına daha bir etiraz Böyük Millət Partiyasının sədri Samir Adıgözəllidən gəlib.

Bu barədə Mia.az-a açıqlama verən Samir Adıgözəlli deputata olduqca sərt etirazını bildirib:

"Araz Əlizadə, bil və agah ol ki, Azərbaycan türklüyünü və milli dəyərlərimizi hədəf almağın bundan belə heç bir nəticə verməyəcək. Sən və sənin dədə-baban ömür boyu rus xüsusi xidmət orqanlarına xidmət edib və bu gün də KQB təbliğatını həyata keçirirsiniz. Tarixi həqiqətlərə kor baxa-baxa Nuru Paşa və Türk ordusu haqqında təhqirlərin sənin ağababalarının köhnə niyyətləridir. 

Bu gün artıq Azərbaycan cəmiyyətini təkrarlanmış şər düşüncələrinizlə zəhərləyə bilməyəcəksiniz. 

Çox yaxşı bilirsən ki, bu millət sən və sənin kimilərin xəyanətlərini unutmamış və unutmayacaq. Özünü sosial demokrat kimi təqdim edirsən və eyni zamanda facebook sosial şəbəkəsində olan yüzminlərlə insanı işsiz, avara adlandırırsan. Işsiz adlandırdığın o vətəndaşların hüquqlarını müdafiə etmək bir sosial demokrat kimi sənin borcundur. Amma çox təəssüf ki, sosial demokrat anlayışını da sərsəm müsahibənlə bir daha darmadağın etdin. 21 il işsiz olduğunu bildirirsən. 

Belə çıxır ki, bu illər ərzində ən böyük avaraçılığı sən özün etmisən. Amma bizə məlumdur ki, sən bütün bu illərini Azərbaycan dövlətçiliyinə qarşı xəyanətlə keçirirsən".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA