“Türkiyədə referendum yüksək səviyyədə keçirildi və...” - Bahar Muradova

img

18-04-2017 [10:17]


"Hər şeydən əvvəl Türkiyə vətəndaşlarını ümumxalq səsverməsi və onun nəticələri münasibətilə təbrik etmək lazımdır. Hansı hissənin hansı mövqe sərgiləməsindən asılı olmayaraq, ortada olan və hər kəsə yəqin olan həqiqət bundan ibarətdir ki, Türkiyədə bütün qərarlar xalqın əksəriyyətinin iştirakı ilə qəbul olunur və xalqın gələcəyə yönəlmiş hədəflərinə xidmət edir”.

Bu sözləri Azərbaycan Milli Məclisinin sədr müavini Bahar Muradova deyib. 

O bildirib ki, əldə olunmuş nəticə türk seçicilərinin qərarıdır və nəzərə alınmalıdır: "Biz ötən müddətdə həm daxildə, həm də xaricdə Türkiyə vətəndaşlarının çox qızğın müzakirələrinin şahidi olduq. Nəticə ortadadır. Hədəfə nail olundu. Referendum yüksək səviyyədə keçirildi. Bütün demokratik standartlara uyğun şəkildə qərar verildi. İndi artıq bu qərarın yerinə yetirilməsi prosesini müşahidə etmək bizə qalır. Əminəm ki, Türkiyənin siyasi iqtidarı, Ərdoğan və bütün qərarlarda xalqın dəstəyini alan AK Parti bundan sonra həm daxildə, həm də xarici tərəfdaşlar və müttəfiqləri, onu o qədər də sevməyən dostları ilə münasibətdə Türkiyənin əsas maraqlarını rəhbər tutaraq bu qərarın verdiyi üstünlüklərdən yararlanacaq”.

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA