İsa Qəmbərdən Türkiyədəki seçkiyə şərh: "Bu dönəm uzun çəkməyəcək"

img

17-04-2017 [18:01]


"Hesab edirəm ki, bu hadisə Türkiyədəki müəyyən daxili səbəblərdən,  eyni zamanda regional və qlobal səbəblərdən baş verəən hadisədir. Bu dönəm uzun çəkməyəcək. İllə bağlı proqnoz verə bilmərəm, amma zaman gələcək yeni referendumla Türkiyə yenidən parlament sisteminə doğru dönməyə addım atacaq”.

Bu sözləri Azərbaycan Milli Məclisinin sabiq sədri İsa Qəmbər Türkiyədə keçirilmiş referendumun nəticələrini "Amerikanın səsi”nə şərh edərkən bildirib.

Müsavatın eks-başqanı deyib ki, o, parlament üsul-idarəsinin tərəfdarıdır: "Mən bütövlükdə parlament respublikasının tərəfdarıyam. Eyni zamanda türk xalqının siyasi iradəsinə hörmətlə yanaşmaq hər birimizin borcudur. Türkiyə xalqı bu gün kiçik üstünülüklə, ciddi tərəddüdlərlə olsa da, prezident üsul-idarəsinə səs verdi”.

İsa Qəmbərin sözlərinə görə bu seçkinin regiondakı siyasi vəziyyətə də müəyyən təsirləri olacaq: 

"Regionda demokratiyanın inkişafı, prezidentli respublikaların parlamentli respublikalara çevrilməsi cəhdləri bir az da çətinləşəcək”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA