"Başından böyük danışma, ağıllı ol!” - Partiya sədrindən deputata sərt reaksiya

img

17-04-2017 [16:09]


"Araz başından böyük danışmasın, ağzının danışığını bilsin. Onun kimliyi hər kəsə bəllidir”.

Mia.az xəbər verir ki, bu fikirləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deputat Araz Əlizadənin "Facebooka girənlərin hamısı avara adamlardır” fikrinə münasibət bildirərkən deyib. 

O, millət vəkili haqqında sərt ittihamlar səsləndirib: "Araz Azərbaycan xalqını və bu ölkənin müstəqiliyini istəməyən adamdı. O, hər zaman farslara, ruslara işləyib. Araz kimi gədalara baş qoşmaq lazım deyil.

Əgər vicdanı varsa, Azərbaycanın milli maraqlarına xidmət eləsin. Elçibəyə böhtan atdı dillənmədik. Heydər Əliyevin qaydışı zamanı çəkilişlər var, baxın görün, hansı sözləri işlədib. Yaxşı olar ki, bir az ağıllı və vicdanlı olsun. Atası rəhmətlik Eliçbəyin üzünə durdu, özü kimin üzünə durmaq istəyir? Özünə hörmət qoymur, heç olmasa onu parlamentə seçənlərə hörmət qoysun”.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA