Putin Ərdoğanı niyə təbrik etmədi? - Politolqdan şərh

img

17-04-2017 [16:25]


"Rusiya prezidenti Vladimir Putin Türkiyədə referendumun nəticələri ilə bağlı türkiyəli həmkarı Rəcəb Təyyub Ərdoğanı hələ təbrik etməyib, telefon susur". 

Mia.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, halbuki, Putin hər seçkidən sonra birincilər sırasında Ərdoğana zəng edib onu təbrik edərdi:

"Bu dəfə isə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin suallarına cavab olaraq quruca onu deyib ki, "referendum Türkiyənin daxili işidir". Yenə Putin şükürlüdür. Fransa prezidenti Fransua Olland Türkiyədəki referendumla bağlı deyib ki, "nəticələr göstərir ki, Türkiyə xalqı islahatların gələcəyi ilə bağlı bölünüb". Yəni Olland Ərdoğanı təbrik etmək əvəzinə, onu əməllicə sancıb".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA