"Türk xalqının bir daha öz taleyinə sahib çıxdı" - BMAM sədri

img

17-04-2017 [11:12]


"Qardaş Türk xalqının yarısından çoxu bu gün ölkədə keçirilən Konstitusiya dəyişikliyinə HƏ deməklə, bir daha öz taleyinə sahib çıxdı".

Mia.az bildirir ki, bu fikirləri Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri Rufiz Qonaqov aprelin 16-da Türkiyədə keçirilən referendumun nəticələrinə münasibət bildirərkən səsləndirib. 

O, qeyd edib ki, Türkiyə dövlətinin tarixində olduqca böyük və mühüm hadisə olan bu Konstitusiya dəyişiklikləri bir daha Türk xalqının bu tarixi sınaqdan da qalib çıxdığını nümayiş etdirdi: 

"Artıq ölkə üzrə seçki qutularının demək olarki hamısı açılıb və seçicilərin təxminən 52 faizi Türkiyə Prezidenti Receb Teyyub Ərdoğan tərəfindən Konstitusiya dəyişikliyi ilə bağlı Referenduma çıxarılmış 18 maddə üzrə dəyişikliyi dəstəkləyib. Türkiyə xalqının birliyinə və daha da güclənməsinə səbəb olacaq bu tarixi qərar münasibətilə qardaş Türkiyəmizi təbrik edirəm".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA