15-04-2017 [19:53]
"İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 37-ci cildi çapdan çıxıb.
Çoxcildliyin bu cildi Azərbaycan Prezidenti İlham Əliyevin Təzəpir məscid kompleksinin əsaslı yenidənqurma və geniş tikinti işlərindən sonra istifadəyə verilməsi mərasimində iştirakına dair informasiya ilə başlanır.
Bu qeydlərin sərlövhəsinə çıxarılmış fikir dövlətimizin başçısının həmin mərasimdəki nitqindən götürülüb. Prezident deyib: "Əfsuslar olsun ki, bəzi hallarda İslam dini haqqında qəsdən yalan məlumatlar yayılır, islamofobiya siyasəti aparılır. Bu gün dünyada dinlərarası dialoqdan çox danışılır və buna böyük ehtiyac vardır. Ancaq bəzi hallarda dini ayrı-seçkilik meyilləri də görünür. Biz İslam dininə qarşı aparılan kampaniyanı və əsassız ittihamları rədd edirik. İslam dini dostluq dinidir. İslam dövlətləri arasında çox geniş mənada əməkdaşlığa və dostluğa ehtiyac var”.
Azərbaycanda bütün millətlərin, dinlərin nümayəndələrinin bir ailə kimi yaşadığını qeyd edən Prezident vurğulayıb ki, ölkəmizdə heç vaxt milli və dini zəmində ayrı-seçkilik olmayıb, yoxdur və olmayacaq.
Çoxcildliyin bu nəşrinə daxil olan materiallar 2009-cu ilin iyulundan sentyabrınadək olan dövrü əhatə edir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin bu kitabda dövlətimizin başçısının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına, Rumıniyaya, Rusiya Federasiyasına, Qazaxıstana səfərlərinə, habelə Suriya və Latviya prezidentlərinin Bakıya səfərləri zamanı bu ölkələrin dövlət və hökumət başçıları ilə danışıqlarına, mətbuata bəyanatlarına, imzalanan sənədlərə dair materiallar toplanıb.
Nəşrin bu cildinə Azərbaycan Prezidentinin ölkəmizə səfər etmiş Birləşmiş Ərəb Əmirlikləri, ABŞ, İsveç, Çexiya, Almaniya, Türkiyə, Belarus və digər dövlətlərin, ATƏT, Avropa İttifaqı, TÜRKSOY təşkilatlarının, xarici şirkətlərin yüksək vəzifəli şəxslərini qəbul etməsinə dair materiallar, habelə dövlətimizin başçısının məktubları daxil edilib.
Azərbaycan Prezidenti bütün görüş və danışıqlarında Ermənistanın işğalçılıq siyasətini önə çəkib, dünya ictimaiyyətini Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq normaları çərçivəsində həllinə dəstək olmağa çağırıb.
Bu cilddə, həmçinin Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2009-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında giriş və yekun nitqləri, Naxçıvan Muxtar Respublikasına, Hacıqabul, Quba, Qusar rayonlarına səfərlərinə, bölgələrdə ictimaiyyət nümayəndələri ilə görüşlərinə, təhsil, səhiyyə və sənaye müəssisələrinin, infrastruktur obyektlərinin açılışında iştirakına, paytaxtımızda aparılan abadlıq-quruculuq işləri ilə tanışlığına dair informasiyalar yer alıb.
Kitaba "Qeydlər”, "Şəxsi adlar”, "Coğrafi adlar” göstəriciləri daxil edilib.
"Azərnəşr” tərəfindən buraxılan 37-ci cildin hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC)materiallarından istifadə olunub.
Tehran bombalanır - Paytaxt qaranlığa qərq olub (FOTO)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Şəfiqə Məmmədovadan Rasim Balayevlə bağlı açıqlama: "Çox pisəm, özümə gələ bilmirəm"
Bakıdakı ali məktəblər hara köçürülür? - VİDEO
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
ELDAR ƏZİZOV İCRA BAŞÇILARINI TOPLADI: 3 rayonda görülən işlər təqdir olunub, digərləri isə...
Prezident Cəmil Əliyevi təltif etdi - “İstiqlal” ordeni ilə
Rasim Balayev Türkiyədə vəfat edib
"Azərişıq"dan "10 manat yükləyirik, 2-3 manat dərhal silinir" iddialarına cavab verildi - VİDEO
İrana qarşı yeni cəbhə açılır? - Ankara–İslamabad xətti... (TƏHLİL)
Bakıda yağışla bağlı yaranan problem... - 216 nəfər təhlükəsiz əraziyə təxliyə edilib
İran Müdafiə Nazirliyinin rəsmisi həlak olub
İran XİN başçısı Azərbaycana mesaj verdi: "Çətin günlərdə..."
Neçirvan Bərzaninin iqamətgahı dronla vuruldu - Baş nazir hava məkanını qapadılma qərarını uzatdı (FOTO)
Pezeşkian ABŞ-la danışıqları ilk dəfə təsdiqlədi, region ölkələrinə mesaj verdi: "Əgər təhlükəsizlik istəyirsinizsə..."
Kəmaləddin Heydərovun oğulları hansı filmə dəstək verib? - Maraqlı məlumat yayıldı (FOTOLAR)
İran daxilində vəziyyət necədir? - CNN deyir ki...
"Azərişıq"dan Sumqayıtla bağlı açıqlama: "Elektrik enerjisi mərhələli şəkildə bərpa edilir"
Güclü yağışın yaratdığı problemlər... - ADSEA-dakı Operativ Qərargah gücləndirilmiş iş rejiminə keçib + VİDEO
Ağsuda qətl: iki nəfər 43 yaşlı qadının ölümünə görə saxlanılıb
Azərbaycan – Türkiyə Birgə Media Platforması: Birgə İşçi Komissiyası və Komitələr yaradılacaq
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər