Palata niyə vaxtında bunlara diqqət yetirməyib? - Deputatdan etiraz

img

14-04-2017 [12:53]


"Hesablama Palatasının fəaliyyəti müsbət qiymətləndirilməlidir və əslində bu, parlament olaraq bizim uğurumuzdur”. 

Bunu barədə parlamentdə Hesablama Palatasının hesabatının müzakirəsi zamanı deputat Fərəc Quliyev deyib.
Deputat bildirib ki, hesabatda "AZAL” və "Bakı Metropoliteni”nin vahid büdcə təsnifatından çıxarılması tövsiyə olunur ki, bu da çox doğru addımdır.

"Bununla yanaşı, məlumunuz olduğu kimi, ötən illərdə çox avantürist layihələrə külli miqdarda dövlət vəsaiti, kreditlər ayrıldı, həmin vəsaitlərin böyük əksəriyyəti də ölkədən kənara çıxarıldı…Palata niyə vaxtında bunlara diqqət yetirməyib?”.
Modern.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA