Fuad Əliyev həm yenidən sədr seçildi, həm də prezidentliyə namizəd oldu - ALDP-də qurultay

img

13-04-2017 [22:29]


Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) dünən V Qurultayını keçirib.

Bu barədə Mia.az-a partiyadan məlumat verilib.

Məlumata görə, qurultayda partiyanın 65 rayon təşkilatı tərəfindən seçilən 110 nümayəndədən 83 nümayəndə iştrak edib. 

Fuad Əliyevin namizədliyinin leyhinə 83 nəfər səs verib. Beləliklə, Fuad Ağasi oğlu Əliyev Azərbaycan Liberal Demokrat Partiyasının sədri seçilib.

Daha sonar Fuad Əliyevin partiyanın növbəti president seçkilərində prezidentliyə namizədi olması qərara alınıb. 

Fuad Əliyev isə qurultaya bu məsələ ilə bağlı yekün qərar vermək üçün Rəyasət Heyətinə səlahiyyət verilməsini təklif edib. Səsvermə nəticəsində təklif qəbul olunub.

Məlumatda o da qeyd olunur ki, qurultayda ADP sədri Sərdar Cəlaloğlu, BAP sədri Elşad Musayev, Azadlıq partiyasının sədri Əhməd Oruc, Ağ Partiyanın sədri Tural Abbaslı, ADR hərəkatının sədr müavini Ellada Məmmədli qonaq qismində iştirak ediblər. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA