Avropa Məhkəməsi 23 iş üzrə Azərbaycanı cərimələdi - Aralarında Elmar Hüseynovun qətl işi də var

img

13-04-2017 [12:58]


Avropa Məhkəməsi bu gün Azərbaycana qarşı 23 iş üzrə qərarlarını elan edib.

Mia.az xəbər verir ki, bu barədə tanınmış vəkil Əsabəli Mustafayev məlumat verib.

Onun sözlərinə görə, 23 işin arasında qətlə yetirilmiş "Monitor" jurnalının baş redaktoru Elmar Hüseynovun həyat yoldaşının şikayəti üzrə qərar da var:

"Rövşənə Hüseynovanın şikayəti üzrə qəbul edilmiş qərarla jurnalist Elmar Hüseynovun qətli ilə əlaqədar Konvensiyanın 2-ci maddəsinin prosessual əsaslara görə, yəni istintaqın səmərəli aparılmamasına görə pozuntusu tanınıb.

Konpensasiya: mənəvi ziyana görə 20 000, hüquqi xərclərə görə 10 000 avrodur.

Digər 22 iş azad seçki hüququnun pozuntusudur. Ərizəçilərin soyadlarını keçən dəfə yazdığımdan indi qeyd etmirəm. Bütün ərizəçilərə mənəvi ziyana görə 10 000 avro kompensasiya ödənilməlidir. Bu 22 iş üzrə hüquqi yardıma görə 21 000 avro kompensasiya təyin edilib".

Vəkilin sözlərinə görə, 23 iş üzrə kompensasiyaların cəmi 271 000 avro təşkil edir.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA