«Bu seçkilərdə heç kimə güzəştə getməyəcəyəm» - Partiya sədri

img

12-04-2017 [15:19]


«Əgər istəyirlərsə ki, Azərbaycanda sabitlik qorunub saxlansın, demokratik ənənələr həyata keçirilsin, o zaman müxalifət mənim ətrafımda birləşməlidir».

Bu fikirləri mia.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev müxalifətin vahid namizəd müzakirəsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, əgər gedib başqa namizəd axtaracaqlarsa, heç bir nəticə olmayacaq: «Biz Pənah Hüseynlə bir yerdə işləmişik. Mənim potensialıma da, gücümə də yaxşı bələddir. Əgər budəfə də başqa namizədlər barədə düşünəcəklərsə, yenə də televiziyada Hafiz Hacıyevlə döşdəşməli olacaqlar. Mənim və partiyamın olmadığı heç bir ittifaq qalib ola, uğur qazana bilməz. Mən bu seçkilərdə heç kimə güzəştə getməyəcəyəm. Bu gün Azərbaycan xalqı müxalif qüvvələrin liderinin kim olduğunu yaxşı bilir. Ona görə də Hafiz Hacıyevsiz müxalifət birliyinin formalaşacağına və qalib gələcəyinə inanan kafirdir. Yəni, burada başqa söhbət ola bilməz. Yalnız qardaşım İlham Əliyevlə ortaq məxrəcə gələ bilərik».

Partiya sədri onu da deyib ki, müxalifətin hansısa namizədin üzərində razılığa gələ biləcəklərinə inanmır. Onun sözlərinə görə, həmin düşərgədəkilər ortaq məxrəcə gələ bilməyəcəklər.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA