"Dərman şirkətləri Çində istehsal olunan dərmanları Avropaya göndərir, sonra..." - Deputatdan şok iddia

img

12-04-2017 [12:53]


"Dərmanların keyfiyyətinin və qiymətinin tənzimlənməsi daim diqqətdə olmalıdır. Tarif Şurası bu işlə ciddi şəkildə məşğul olur. Amma bəzi hallarda bizi narahat edən məsələlər var”.

AzVision.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, deputat Musa Quliyev deyib. Deputat ona gələn müraciətlərdən danışıb:

"Bizə müraciətlər gəlir ki, bəzi dərman şirkətləri Çində istehsal olunan dərmanları Avropaya göndərir, sonra onu Avropada qutuya yerləşdirib Azərbaycana Avropa dərmanı adı ilə gətirirlər. Ona görə də bəzi hallarda bizim dərmanlar effekt vermir. Buna görə xəstələrimizə tövsiyə edilir ki, qonşu ölkələrdən dərman gətirsinlər. Bu, çox ciddi narahatçılıq doğuran faktdır. Tarif Şurası buna çox ciddi əncam çəkməldir. Bəlkə biz 400-500 adda dərmanı qiymətini tənzimləyək. Yerdə qalanlarının qiymətinin isə şirkətlərin özlərinə həvalə etməliyik”. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA