ATƏT Dağlıq Qarabağ münaqişəsi zonasında 22 monitorinq keçirib

img

11-04-2017 [19:07]


Tərəflərin dəstəyi ilə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik və onun qrupu 22 monitorinq tapşırığı həyata keçirib.

Bu barədə ATƏT-in 2016-cı il üçün illik hesabatında deyilir. Hesabatda bildirilir ki, monitorinqlərdən 5-i Ermənistan-Azərbaycan sərhədində, 17-si isə təmas xəttində icra edilib. Məlumata görə, Yüksək Səviyyəli Planlaşma Qrupunun nümayəndələri də 4 dəfə - fevral, may, iyul və oktyabr aylarında həyata keçirilən monitorinqlərə qatılıblar.

Əlavə olaraq, ATƏT-in Almaniya sədrliyinin nümayəndələri may və oktyabr monitorinqlərində iştirak edib.

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA