Səfirliklərimizdə maliyyə mənimsəməsi aşkarlandı - İki səfir pulu geri qaytarmayıb...

img

10-04-2017 [18:54]


Azərbaycanın xaricdəki 5 səfirliyində maliyyə nöqsanları və büdcə qanunsuzluqları aşkarlanıb. 

Milli Məclisdən APA-ya verilən məlumata görə, bu barədə Hesablama Palatasının 2016-cı il üzrə fəaliyyəti barədə illik hesabatda bildirilib.
 
Bunlar Azərbaycanın Tacikistan, Qırğızıstan, Bolqarıstan, İtaliya və Misirdəki səfirlikləridir.
 
Görülən tədbirlər nəticəsində maliyyət itkilərinin Tacikistan, Qırğızıstan və Bolqarıstandakı Azərbaycan səfirliklərindən ödətdirilməsi Palata tərəfindən qeydə alınsa da, İtaliya və Misirdəki səfirliklərdəki maliyyə itkisinin bərpası qeydə alınmayıb. Xarici İşlər Nazirliyindən Hesablama Palatasına bununla bağlı iş aparılması barədə məlumat verilib.
 
Hesabat Milli Məclisə təqdim olunub və aprelin 14-də müzakirəyə çıxarılacaq. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA