Abid Şərifov: "Allah köməyi olmuşlar ağızlarına gələni yazırdılar"

img

10-04-2017 [16:58]


Bu yaxınlarda səhhətinin qəfildən pisləşməsi ilə əlaqədar İsrailə müalicəyə gedən Azərbaycanın Baş nazirin müavini Abid Şərifov artıq Bakıya qayıdıb.

A.Şərifov "Ölkə.Az”-a açıqlamasında hazırda səhhətinin normal olduğunu bildirib: "Hazırda səhhətim normaldır, işimin başındayam. Səhhətimlə maraqlanan hər bir kəsə də minnətdaram”.

A.Şərifov mətbuatda onun haqqında yazılan məlumatları da şərh edib: "Mən Bakıya çoxdan gəlmişəm. Mən müalicəyə gedəndə haqqımda yazılar yazıldı. Allah hamısına kömək olsun, salamat etsin! Bəyəm kim xəstələnmir? Hamı xəstələnə də, əməliyyat oluna da bilər. Allah köməyi olmuşlar da ağızlarına gələni yazırdılar”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA